Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Qax, Zaqatala və Balakən məktəblilərini cənub bölgəsində maraqlı ekskursiyalar gözləyir

Qax-Zaqatala-Balakən, 18 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Qax, Zaqatala və Balakən rayonlarının məktəblilərindən ibarət qruplar noyabrın 18-də səhər saatlarında Lənkəran-Masallı-Astara marşrutu üzrə respublikamızın cənub bölgəsinə yola salınıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiyada iştirak edən Qax məktəbliləri ilə bir gün əvvəl rayon icra hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Musa Şəkiliyev tur-aksiyaların əhəmiyyətindən söhbət açıb, bu layihənin yeniyetmə və gənclərin dünyagörüşlərinin zənginləşməsində mühüm rol oynadığını vurğulayıb.

Məktəblilərin diqqətinə çatdırılıb ki, Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin çox böyük payı var. Bu baxımdan Lənkəran, Masallı və Astara rayonları ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur. Bu bölgə sitrus bağları, çay və çəltik plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir.

Noyabrın 18-də səhər saatlarında tur-aksiya iştirakçılarını yola salmaq üçün Qax şəhərinin mərkəzindəki meydana toplaşan rayon rəhbərliyi, müəllim və valideynlər məktəblilərə tövsiyələrini veriblər. Yolasalma mərasimində bildirilib ki, məktəbliləri Lənkəran, Masallı və Astara rayonlarında olduqca maraqlı ekskursiyalar gözləyir. Onlar dörd gün ərzində Lənkəran, Masallı və Astara rayonlarının tarixi məkanları, muzeyləri ilə yaxından tanış olacaq, bu rayonların görməli yerlərini gəzəcəklər. Bundan əlavə, onların asudə vaxtlarının mənalı və səmərəli keçməsi üçün müxtəlif intellektual oyunların, əyləncəli proqramların təşkili də nəzərdə tutulub. Lənkəran rayonundakı Hirkan Milli Parkına və Xanbulan gölünə ekskursiya, çay plantasiyaları və sitrus meyvə bağları ilə tanışlıq da məktəblilərin ürəyincə olacaq.

Şəhər 2 saylı məktəb-liseyin 9-cu sinif şagirdi Sevinc Razıyeva, 3 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Fidan Bazayeva, Qaxilgiloy tam orta məktəbin 10-cu sinif şagirdi Kaxa Otaraşvili, Cəlayir kənd tam orta məktəbin 10-cu sinif şagirdi Aysun Rəcəbli və digər məktəblilər aksiyada iştirak etdiklərinə görə böyük sevinc hissi keçirdiklərini bildiriblər.

Sonra məktəblilər onlar üçün ayrılmış avtobusla cənub bölgəsinə yola düşüblər.

x x x

“Ölkəmizi tanıyaq” tur-aksiyasına Zaqatala məktəbliləri də böyük həvəslə qoşulublar.

Lənkəran-Masallı-Astara istiqamətində ekskursiyaya yollanan məktəblilərlə bir gün əvvəl Heydər Əliyev Mərkəzində keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə artıq beşinci ildir uğurla davam edən tur-aksiyaların yeniyetmə və gənclərin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına, onların dünyagörüşünün daha da zənginləşməsinə böyük töhfə verdiyini vurğulayıb. Bildirilib ki, ölkəmizin tarixini, mədəniyyətini, müstəqillik illərində qazanılan nailiyyətləri dərindən öyrənmək məqsədi daşıyan bu layihə yetişməkdə olan gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasına verilən böyük önəmin bariz nümunəsidir.

Bildirilib ki, məktəblilərin səfər edəcəyi Lənkəran, Astara və Masallı rayonları da Zaqatala rayonu kimi, ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur. Cənub bölgəsi sitrus bağları, çay və çəltik plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir. Son illər ölkənin digər regionları kimi, cənub bölgəsində də müasir mehmanxana və sağlamlıq komplekslərinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, ölkəyə gələn turistlərin sayının artmasına da böyük təkan verir.

Noyabrın 18-də səhər saatlarında Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında böyük qələbəlik var idi. Lənkəran-Masallı-Astara marşrutu üzrə ekskursiyaya çıxan məktəbliləri yola salmaq üçün Mərkəzin qarşısına toplaşan rayonun rəhbər işçiləri, müəllim və valideynlər şagirdlərə tövsiyələrini verirdilər.

Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Qrupun rəhbəri, rayon icra hakimiyyətinin əməkdaşı Zaur Hüseynzadə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Məktəblilərin həyatında tarixi bir gündür. Onların əksəriyyəti ilk dəfədir respublikamızın dilbər guşələrinə səyahət edir. Gənclər cənub bölgəsinin tarixi məkanlarını, məşhur turizm obyektlərini indiyədək televiziya ekranlarından izləyiblər. İndi isə onlar bu gözəllikləri öz gözləri ilə görəcəklər”.

Rayonun Əliabad qəsəbə 3 saylı tam orta məktəbinin 9-cu sinif şagirdi Süleyman Məmmədov, Qımır kənd tam orta məktəbin 10-cu sinif şagirdi Gülayə Səmədova və digər məktəblilər bu layihədə iştirak etdiklərinə görə çox sevindiklərini bildiriblər.

Rayon rəhbərliyinin, müəllim və valideynlərin xeyir-duasından sonra məktəblilər Lənkəran istiqamətində yola çıxıblar.

x x x

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya Azərbaycanın şimal-qərb qapısı sayılan Balakən rayonunun məktəbliləri də böyük sevinc hissi ilə qoşulublar.

Tur-aksiya çərçivəsində noyabrın 18-də səhər saatlarında rayonun fəal məktəblilərindən ibarət qrup cənub bölgəsinə yola düşüb.

Yolasalma mərasimindən əvvəl rayon icra hakimiyyətində tur-aksiya iştirakçıları ilə rayon rəhbərliyinin görüşü olub.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev ekskursiyanın məktəblilər üçün faydalı olacağına, tur-aksiya iştirakçılarının ölkəmizin cənub bölgəsindən zəngin təəssüratlarla qayıdacaqlarına əminliyini bildirib.

Lənkəran-Masallı-Astara marşrutu üzrə ekskursiyaya çıxan Balakən məktəblilərini yola salmaq üçün Bayraq Muzeyinin qarşısına toplaşan rayonun rəhbər işçiləri, müəllim və valideynlər gənclərə tövsiyələrini veriblər.

Tur-aksiyanın iştirakçıları olduqca şən görünürdülər. Onlar bu ekskursiyadan çoxlu məlumat əldə edəcəklərinə əmindirlər. Məktəblilərin əksəriyyəti ilk dəfədir respublikamızın cənub bölgəsinə səyahət edir. Dövlətimizin başçısının təşəbbüsü ilə gerçəkləşən bu layihə sayəsində balakənli məktəblilər tarixi məkanlarla, yeni tikililərlə yaxından tanış ola biləcəklər. Lənkəranda Heydər Əliyev Mərkəzinə, Bayraq Meydanına, “Qoşa qala” qapılarına, Həzi Aslanovun ev-muzeyinə, Dairəvi qalaya, Mayak binasına, Hirkan Milli Parkına, Xanbulan gölünə, çay plantasiyaları və sitrus meyvə bağlarına ekskursiyalar məktəblilərin yaddaşında silinməz iz qoyacaq. Tur-aksiya iştirakçılarının Masallı və Astaraya səfərləri də maraqlı və yaddaqalan olacaq.

Sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış avtobusla Lənkəran-Masallı-Astara marşrutu üzrə yola düşüblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib