REGİONLAR
Zaqatala məktəblisi: “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etmək hər bir gəncin arzusudur
Zaqatala, 18 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində respublikamızın cənub bölgəsinə ekskursiyaya yola düşən Zaqatala rayonu Qımır kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Gülayə Səmədova sevincini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüb.
Məktəbli deyib: “Tur-aksiyada iştirak etmək, Azərbaycanın tarixi məkanlarını, gündən-günə gözəlləşən bölgələrini görmək hər bir gəncin arzusudur. Sevinirəm ki, mən də bu layihənin iştirakçısıyam. Həmişə istəmişəm ki, doğma yurdum Azərbaycanı daha yaxından tanıyım. Sözsüz ki, mən bu layihədən çox şey əldə edəcəyəm. Ən əsası odur ki, ölkəmizin gözəl guşəsini – Lənkəranı, Masallını, Astaranı daha yaxından tanıyacağam. Bütün bunlara görə Prezident İlham Əliyevə Zaqatala məktəbliləri adından dərin minnətdarlığımı bildirirəm”.