DÜNYA
Kaliforniyada yanğın qurbanlarının sayı 80 nəfərə çatıb
Bakı, 19 noyabr, AZƏRTAC
Kaliforniyada tüğyan edən “Kemp” meşə yanğınları nəticəsində həlak olanların sayı 80 nəfərə çatıb.
AZƏRTAC ABC News telekanalına istinadla xəbər verir ki, cəsədlərdən 63-nün şəxsiyyəti artıq müəyyən edilib. Onların əksəriyyəti Byutt dairəsindəndir. Bundan başqa, 1202 nəfər itkin düşmüş sayılır.
Qeyd edək ki, noyabrın 8-də Kaliforniyanın şimalında başlayan “Kemp” ən dağıdıcı yanğın kimi ştat tarixinə düşüb. Sahəsi 500 kvadratkilometr təşkil edən təbiət yanğınları 12 min tikilini, o cümlədən 1000-dən çox evi külə döndərib. Ştatın cənubunda “Woolsey” və “Hill” adlı daha iki yanğın qeydə alınıb.
ABŞ Prezidenti Donald Tramp ştatda böyük təbii fəlakət rejimi elan edib. Meşə yanğınlarından zərər çəkən ərazilərdən 300 mindən çox insan təxliyə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]
BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq
- 23.04.2024 [15:53]
Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir
- 23.04.2024 [15:09]
İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib
- 23.04.2024 [15:04]