DÜNYA
Filippin və Çin liderləri təbii ehtiyatlar barədə memorandum imzalayıblar
Tokio, 21 noyabr, AZƏRTAC
Filippin Prezidenti Rodriqo Duterte və Çinin Sədri Si Cinpin Cənub Çin dənizinin neft və qaz yataqlarının birgə hasilatı barədə qarşılıqlı Anlaşma Memorandumu imzalayıblar.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, sənəd Çin liderinin Filippinə səfəri çərçivəsində Manilada imzalanıb. Sənədin detalları barədə məlumat verilmir və memorandum müvafiq hüquqi qüvvəyə malik deyil.
Bundan əlavə, Si Cinpin və Rodriqo Duterte Manilanı ölkənin cənubundakı Luson adası ilə birləşdirən dövlət dəmir yolu xəttinin yenidən qurulması, həmçinin böyük Manila rayonunun su ilə təchizatı üçün dambanın tikintisi də daxil olmaqla 29 yardım layihəsi barədə sənədləri imzalayıblar.
Xatırladaq ki, Cənub Çin dənizindəki mübahisəli sular iki ölkə arasında müzakirə mövzusu olaraq qalırdı. 2016-cı ildə Beynəlxalq Arbitraj Məhkəməsi Çinin Cənub Çin dənizində böyük ərazilərə iddiasını rədd edib. Filippin bu barədə iddia ilə məhkəməyə müraciət etmişdi.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio