İQTİSADİYYAT
® "Rabitəbank"dan növbəti yenilik!
İndi Telegram və Facebook vasitəsilə dostunuza pul göndərin!
"Rabitəbank" Azərbaycanın ilk bank botu olan – "RabitəBot" məhsulunu təkmilləşdirməkdə davam edir. Azərbaycanda ilk dəfə olaraq hamının gündəlik istifadə etdiyi Telegram və Facebook əlavələri vasitəsilə artıq dostunuza pul göndərə bilərsiniz. Hətta bunu dostunuzun kart nömrəsini bilməsəniz də edə bilərsiniz.
Bunun üçün Telegram əlavəsində @RabitəbankBot kanalını taparaq ora keçid edirsiniz, "Mənim kartlarım" hissəsindən kartı seçir və daha sonra "Kontakta pul" göndər funksiyasının köməyi ilə dostunuzun heç kart nömrəsini bilmədən ona pul göndərirsiniz.
Dostunuz sizdən aldığı təsdiqləmə kodunu telefonunda daxil edir və pul həmin anda onun hesabına oturur. Buna cəmi 25 saniyə vaxt sərf edirsiniz.
Facebook əlavəsi vasitəsilə də həmin funksiya aktivdir. Belə ki, Facebook əlavəsində "Rabitəbank" səhifəsini axtarış hissəsindən taparaq ora keçid edirsiniz, "Menyu" hissəsindən "Məhsullar" bölməsini seçirsiniz və "Pulköçürmələri" xidmətləri arasından "Kart üzərindən" funksiyasını seçirsiniz. Burada sizin aktiv kartınız təqdim olunur. Daha sonra "Kontakta pul göndər" xidmətinə keçid edirsiniz, məbləği və göndərmək istədiyiniz dostunuzun mobil nömrəsini daxil edir və yaxud telefon kitabçasından seçirsiniz. Dostunuz sizdən aldığı təsdiqləmə kodunu telefonuna daxil edir və pul həmin anda onun hesabına oturur. Beləliklə, dostunuzun kart nömrəsini bilmədən ona 25 saniyə ərzində pul göndərmiş olursunuz.
Bu xidmətlə yanaşı istifadəçilər Telegram və Facebook əlavələri vasitəsilə hesabdan çıxarış, real vaxt rejimində valyuta məzənnələri, yaxın filial və bankomatlar, kredit və kart məhsulları haqqında məlumatları əldə edə bilərlər.
Bundan əlavə, istifadəçilər günün 24 saatında "Rabitəbot"un aktiv olduğu Facebook və Telegram kanalı vasitəsilə onlayn kredit müraciətindən tutmuş plastik kart sifarişinə qədər bütün xidmətlərdən istifadə edə bilərlər – bütün bunlara isə yalnız saniyələr sərf olunacaq.
25 illik bank tarixinə sahib "Rabitəbank" ölkənin ən iri banklarından biri kimi 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.