DÜNYA
Gürcüstanın xarici ticarət dövriyyəsi cari ilin 11 ayında 18,6 faiz artıb
Tbilisi, 13 dekabr, AZƏRTAC
Cari ilin 11 ayında Gürcüstanın xarici ticarət dövriyyəsi 11 324,7 milyon ABŞ dolları olub. Bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 18,6 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
Xidmətin ilkin məlumatına görə, xarici ticarət dövriyyəsində ixracat 3033,5 milyon dollar (ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz çox), idxal isə 8 291,2 milyon dollar (ötən ildəkindən 16,8 faiz çox) olub.
Xarici ticarətdə 5257,7 milyon dollar məbləğində mənfi saldo yaranıb. Bu da ümumi xarici ticarət dövriyyəsinin 46,4 faizini təşkil edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]