CƏMİYYƏT
Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
Bakı, 15 dekabr, AZƏRTAC
Gələn ildən işədüzəlmə ilə bağlı müraciətlər elektron qaydada həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində əhaliyə göstərilən bütün xidmətlər mərkəzləşdirilmiş elektron şəkildə aparılacaq.
Dövlət Məşğulluq Xidmətinin rəis müavini Şahbaz Xələfov bu barədə məlumat verərək bildirib ki, elektronlaşma məşğulluqla əlaqədar məsələləri asanlaşmasına səbəb olacaq. İşlə bağlı müraciət edən vətəndaşlar elektron qaydada əmək bazarında mövcud vakant yerlərlə tanış ola biləcək və xidmətin yerli, region bölmələrinə getmədən özlərinə iş yeri tapa biləcəklər.