Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Elmə həsr edilmiş nurlu ömür

Elmə həsr edilmiş nurlu ömür

Bakı, 15 dekabr, AZƏRTAC

Azərbaycanda coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin inkişafında böyük alim, akademik Həsən Əliyevin müstəsna xidmətləri olub. Görkəmli alim Vətənə və xalqa təmənnasız xidmətləri ilə hər bir azərbaycanlının yaddaşında silinməz izlər qoyub. Respublikanın hər bölgəsini qarış-qarış gəzən alim Vətənə, torpağa, xalqa bağlı insan olub. Mərhum akademik ömrünü Azərbaycan elminin inkişafına, əsasən təbiətin, ətraf mühitin qorunmasına həsr edib. Azərbaycanda coğrafiya, kənd təsərrüfatı, aqrobiologiya, torpaqşünaslıq, ekologiya kimi elm sahələri görkəmli təbiətşünas alim Həsən Əliyevin rəhbərliyi ilə formalaşıb və inkişaf edib.

AZƏRTAC akademik Həsən Əliyevin adını daşıyan Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənovun görkəmli alimlə bağlı qeydlərini təqdim edir.

Azərbaycan elminin bütün sahələri XX əsrin əvvəllərindən sonra çox böyük sürətlə inkişaf etməyə başladı. O dövrdə fəaliyyətə başlayan elm adamları hər bir sahədə sıfır nöqtəsindən başlayaraq elmin bu və ya digər sahəsini yaradır, yaşadır və inkişaf etdirərək növbəti nəslə ötürürdülər. Onlar zəif texniki təchizatla, az miqdarda olan maddi imkanla özlərini elmə həsr edir, elmi nailiyyətlərlə yaşayır, əldə etdikləri hər hansı kiçik uğurla irəliyə doğru mətin addımlarla irəliləyirdilər. Belə elm fədailərindən biri də təhsil pillələrinə çox gec qədəm qoymuş, lakin lazımi savada çox tez nail olmuş Həsən Əlirza oğlu Əliyev idi.

XX əsrdə respublikamızın tanınmış torpaqşünas-coğrafiyaçısı, akademik Həsən Əliyev 1907-ci il dekabrın 15-də indiki Ermənistan Respublikasının Sisyan rayonunun Comərdli kəndində anadan olmuşdu. Bu kənd Həsən Əliyevin babası Comərd kişi tərəfindən salındığına görə belə adlandırılmışdı. Özünün söhbətlərinə görə, Həsən Əliyev hələ 10-12 yaşlarında olarkən kənddə quzu otarmaqla müəyyən qədər pul qazanar və ailəyə kömək göstərərdi. Vaxt keçir, 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulur, bütün əhalinin, o cümlədən kənd əhalisinin təhsilə marağı artır, hər yerdə fəhlə və muzdur, məktəb kursları açılır, camaat bu məktəblərə cəlb edilir.

Dövrün, zamanın çox sürətlə dəyişdiyi bir dövrdə Həsən Əliyev cəmi 8 il müddətində orta və ali təhsilini başa vurur. 1917-ci ildəki erməni-müsəlman davası nəticəsində Həsən Əliyevin ailəsi Comərdli kəndini tərk edərək Naxçıvana gəlməyə vadar olur. O, 1924-cü ildən Naxçıvan şəhərində kənd axşam məktəbində təhsil alır, 1930-cu ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1932-ci ildə isə Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirir. O, 1932-ci ildə Gəncədəki Azərbaycan ET Pambıqçılıq İnstitutunun aspiranturasına qəbul edilir, elə həmin ildə də aspiranturanı başa vurur.

1934-cü ildə Həsən Əliyev Pambıqçılıq İnstitutunun Şirvan zona təcrübə stansiyasının (Ucar rayonu) direktoru vəzifəsinə təyin edilir. Bir qədər burada işlədikdən sonra keçmiş SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının torpaqşünaslıq bölməsinə elmi işçi vəzifəsinə qəbul edilir. O, elmi-tədqiqat işləri ilə yanaşı, ali məktəblərdə də dərs deməklə, təsərrüfatda qazandığı təcrübəni gənc nəslə həvəslə öyrədir, yeni kadrların hazırlanmasına xüsusi maraq göstərir. İxtisasca torpaqşünas olsa da, daim coğrafiyaya maraq göstərir, bu sahədə böyük bilik əldə edir. Məhz bunun nəticəsi olaraq Həsən Əliyev 1937-41-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) coğrafiya fakültəsində assistent vəzifəsində çalışır və pedaqoji kollektivin böyük hörmətini qazanır. 1939-cu ildə Azərbaycan Coğrafiya Cəmiyyəti yaranarkən onun ilk üzvlərindən biri məhz Həsən Əliyev olur.

İkinci Dünya müharibəsi başlayarkən Həsən Əliyev orduya çağırılır və 1943-cü ildə ağır yaralanaraq Bakıya qayıdır. Müalicə edilib sağaldıqdan sonra Həsən müəllim yenidən akademiya sisteminə işə qayıdır, 1943-cü ildən akademiyanın coğrafiya bölməsinə rəhbərlik edir və 1944-cü ildə “Böyük Qafqazın cənub-şərq yamacı çayları aşağı axınlarının torpaqları” mövzusunda dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi alır.

1944-cü ildə Həsən Əliyev Azərbaycan Elmlər Akademiyası (indiki AMEA) Torpaqşünaslıq və Aqrokimya Bölməsinin elmi işlər üzrə direktor müavini təyin edilir və 1949-cu ilə qədər bu vəzifədə çalışır. Eyni zamanda, 1945-ci ildə Həsən müəllim Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə baş müəllim vəzifəsinə qəbul edilib və 1949-cu ilə qədər bu vəzifədə işləyib.

Həsən müəllimin böyük təşkilatçılıq qabiliyyəti, elmi idarəetmə bacarığı, yüksək intellektual səviyyəsi onun 1949-cu ildə Azərbaycan EA Botanika İnstitutunun direktoru vəzifəsinə təyin edilməsi üçün zəmin yaradır və o, 1952-ci ilə qədər bu vəzifədə çalışır.

Həsən müəllimin İkinci Dünya müharibəsində qazandığı hərbi orden və medallara 1950-ci ildə dinc dövrün daha bir mükafatı – “Şərəf nişanı” ordeni də əlavə edilir. Alimin işgüzarlığı, yorulmadan çalışması öz bəhrəsini verir və o, 1952-ci ildə respublika kənd təsərrüfatı nazirinin birinci müavini və Azərbaycan KP MK-nın katibi vəzifələrinə təyin edilir. Bu vəzifələrdə çalışarkən Həsən Əliyev Azərbaycanda kənd təsərrüfatının inkişafı, ölkədə əhalinin ərzaq məhsulları ilə təmin edilməsi, torpaqlardan daha səmərəli istifadə olunması, ətraf mühitin mühafizəsi istiqamətlərində bir sıra qərarların qəbul olunmasının təşəbbüskarı və icraçısı kimi böyük əmək sərf edir.

1952-ci ildə Həsən müəllim yenidən Azərbaycan EA sisteminə qayıdır və EA-nın akademik–katibi vəzifəsinə təyin edilməklə birbaşa akademiyanın həqiqi üzvü – akademik seçilir. Bu dövrdə o, EA strukturunun möhkəmlənməsi, yeni elmi-tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi, yeni institut və bölmələrin təşkili, respublikada təbiəti mühafizə sahəsində işlərin həyata keçirilməsi istiqamətində çox böyük işlər görür.

Təbiətin qorunması, torpaq və su ehtiyatlarından daha səmərəli istifadə edilməsi daim Həsən müəllimi düşündürən problemlərdən biri və ən mühümü idi. Məhz buna görə də onun təşəbbüsü və birbaşa təşkilatçılığı ilə keçmiş SSRİ-də ilk dəfə Azərbaycan EA-da Təbiəti Mühafizə Komissiyası yaradılır. Sonradan komissiya respublikanın ən mühüm təşkilatlarından birinə - Təbiəti Mühafizə Cəmiyyətinə çevrilir.

Həsən Əliyevin elmi-tədqiqat işlərinin ən mühüm istiqamətlərindən birini yuxarıda qeyd edildiyi kimi, təbiətin qorunması, onun daha da zənginləşdirilməsi, ondan məqsədyönlü istifadə edilməsi təşkil edirdi. Məhz onun təşəbbüsü və təşkilatçılığı ilə respublikada meşələrin bərpa edilməsi, yeni meşə sahələrinin salınması istiqamətində böyük işlər görülür. Respublikamızın kənd təsərrüfatı istehsalına yararsız olan və yarımsəhra–quru çöl zonasında yerləşən dağ yamaclarında terraslar çəkilməsi, orada quraqlığa davamlı Eldar şamı, adi şam, badam, püstə ağaclarının əkilməsi də məhz onun adı ilə bağlıdır. Respublikamızın müxtəlif ərazilərində, xüsusən Siyəzən və Şabran rayonlarındakı yamaclarda əkilmiş həmin ağaclar indi meşələrə çevrilib və yamaclarda eroziya proseslərinin qarşısını almaqla yanaşı, təbiətin gözəlləşməsində də mühüm rol oynayır.

Akademikin elmi-tədqiqat yaradıcılığının əsas istiqamətlərindən birini torpaqşünaslıq təşkil edir. İlk yaradıcılığa torpaqşünaslıqdan başlayan alim 1957-ci ildə Azərbaycan EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun tərkibində meşə torpaqları laboratoriyasını yaradır. 1968-ci ildə EA Coğrafiya İnstitutuna direktor təyin edilərkən bu laboratoriyanı şöbəyə çevirərək oraya keçirir və 35 il bu şöbəyə rəhbərlik edir. 1967-ci ildə Həsən Əliyev “Böyük Qafqazın torpaqları və ondan səmərəli istifadə yolları” mövzusunda dissertasiya müdafiə edir və kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi alır.

1968-ci ildən 1987-ci ilə qədər akademik Həsən Əliyev Azərbaycan EA-nın Coğrafiya İnstitutuna direktorluq edir, coğrafiya elmini çox yüksək səviyyəyə çatdırır, milli elmi kadrların hazırlanmasına xüsusi fikir verir, bir sıra yeni istiqamətlər və şöbələr yaradır, kadr potensialını artırır, elmin təsərrüfata tətbiqinin qayğısına qalır, bu institutu respublikanın ən nüfuzlu elmi-tədqiqat institutlarından birinə çevirir. Onun institutda yaratdığı bütün müsbət ənənələr indi də yaşayır, elmi-tədqiqat işləri daha da inkişaf etdirilir və elmin müasir tələblərinə cavab verən yüksək səviyyəli işlər həyata keçirilir.

Bütün şüurlu həyatını elmə həsr etmiş alimi keçmiş SSRİ-də, bütün müttəfiq respublikalarda, bir sıra xarici ölkələrdə yaxşı tanıyır, onun elmi mülahizələri, irəli sürdüyü yeni ideyalar məmnuniyyətlə qəbul edilirdi.

O, dünya ölkələrinə səyahət etməyi çox xoşlayar, orada filmlər və fotoşəkillər çəkərdi. Həsən müəllimin ən qiymətli xüsusiyyətlərindən biri də o idi ki, xarici ölkələrdən gələndən sonra respublikanın ali məktəblərinin coğrafiya fakültələrində görüşlər təşkil edər, tələbələrə mühazirələr oxuyar, çəkdiyi filmləri və slaydları çox böyük həvəslə nümayiş etdirərdi.

Xarici ölkələrlə yanaşı o, keçmiş SSRİ-nin tərkibində olan Aşqabad, Daşkənd, Səmərqənd, Tiflis, Sankt-Peterburq və digər şəhərlərdə keçirilmiş simpozium və konfranslarda da iştirak edir, hamının diqqətini cəlb edən müxtəlif və maraqlı məruzələrlə çıxış edirdi.

Akademik Həsən Əliyev UNESCO-nun xətti ilə Azərbaycanda çox böyük işlər aparırdı. O, bu təşkilatın ən mühüm istiqamətlərindən biri olan “İnsan və Biosfer”in Azərbaycan bölməsini yaradaraq uzun illər ona rəhbərlik edib.

Alimin yaradıcılığı meşə torpaqlarının coğrafiyasına, onların öyrənilməsinə, təkamülünə, transformasiyasına, mühafizəsinə, torpaq xəritələrinin tərtibinə, torpaq və su ehtiyatlarından səmərəli istifadəyə və s. həsr edilib. Onun qələminin məhsulu olan “Pirsaat düzünün torpaqları” (1940), “Böyük Qafqazın cənub-şərq hissəsinin düzən torpaqları” (1948), “Azərbaycan SSR-in torpaqları” (1953), “Qəhvəyi meşə torpaqları” (1965), “Azərbaycanın Kürboyu tuqay meşələri” (1975), “Böyük Qafqazın torpaqları” (I cild 1979, II cild 1994), “Meşələrin taleyi insanın əlindədir” (1983) və başqa kitabları indi də öz elmi və metodiki əhəmiyyətini saxlayır.

Həsən müəllimin elmi və ictimai yaradıcılığından danışarkən onun 1980-ci ildə çap olunmuş “Həyəcan təbili” kitabını xüsusi qeyd etmək lazımdır. Çünki bu kitab sanki Həsən müəllimin təkcə Azərbaycana deyil, bəşəriyyətə çağırışıdır. Burada alimi uzun illər düşündürən bir sıra problemlər bir daha yada salınır, gözümüzün qarşısında əldən gedən, məhv edilən, çirkləndirilən təbiətin mühafizə edilməsinin, gələcək nəsillərə ötürülməsinin vacibliyi bir daha diqqətə çatdırılır.

Akademik Həsən Əliyev getdiyi hər bir kənddə, obada böyük məhəbbətlə qarşılanıb, onu ən əziz qonaq kimi seviblər.

Həsən müəllimin əməyi dövlət tərəfindən daim yüksək qiymətləndirilib. O zaman keçmiş SSRİ-nin ən yüksək mükafatlarından olan “Lenin”, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri və bir sıra medallar akademik Həsən Əliyevin gərgin və çoxşaxəli əməyinə verilən qiymət idi. Bundan başqa, görkəmli alim Respublika Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi kimi fəxri adlara da layiq görülüb, Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur.

Təsadüfi deyil ki, vaxtilə Həsən müəllimlə birlikdə çalışmış insanlar indi bu üzü nurlu, xeyirxah alimi çox böyük ehtiramla xatırlayır, ona Allahdan böyük rəhmət diləyirlər. Fəxri xiyabanda Həsən müəllimin qəbirüstü abidəsini ziyarət edərkən düşünürsən ki, indicə o canlanacaq, nurlu bir təbəssümlə gülümsəyərək, Azərbaycan təbiətindən, onun mühafizəsindən danışacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib VİDEO

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Magistraturaya qəbul imtahanının II cəhdində 19 min 716 nəfər iştirak edəcək

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO

Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb