CƏMİYYƏT
Dələduzluğa görə axtarışda olan şəxs polis tərəfindən saxlanılıb
Bakı, 15 dekabr, AZƏRTAC
Dələduzluğa görə axtarışda olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsi və Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan yeniyetmə Mingəçevir şəhərində saxlanılıb.
Onun Nərimanov rayonunda bir mağazadan 453 manat pul və bir sexdən mobil telefon və yaddaş qurğusu, iki gözəllik salonundan pul və məişət əşyaları, Nəsimi rayonunda isə bir mağazadan 4 min manat pul oğurlaması da müəyyənləşdirilib.