Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Türk-İslam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri” II Beynəlxalq konfransı keçirilib

Naxçıvan, 15 dekabr, AZƏRTAC

Dekabrın 15-də “Naxçıvan” Universitetində “Türk-İslam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri” II Beynəlxalq konfransı keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, konfransda TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş “TÜRKSOY – Uluslararası Türk Kültür Təşkilatı 25-ci ilində” mövzusunda açılış nitqi edib. Bildirib ki, bu il yaranmasının 25 ili tamam olan təşkilat ötən dövrdə türk-islam əxlaq fəlsəfəsinin tədqiqində, təbliğində qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə çalışıb. TÜRKSOY – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının I konfransı 2017-ci ildə Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində keçirilib. İkinci konfransın TÜRKSOY-un yaradılmasının 25-ci ildönümündə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında keçirilməsi təsadüfi deyil. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi, ümumilikdə, Türk dünyası üçün böyük şərəf və qürurdur. Vurğulanmalıdır ki, İslam mədəniyyətlərinin paytaxtları seçilərkən bir sıra vacib məqamlar diqqətdə saxlanılır, konkret meyarlar əsas götürülür. Belə ki, seçilən paytaxt zəngin tarixə malik olmalı, mədəni baxımdan, eyni zamanda, İslam mədəniyyətinə, bəşəri dəyərlərə, töhfə verməlidir. Tələb olunan amillərin Naxçıvanda da mövcudluğu bu qədim diyarın İslam Mədəniyyətinin Paytaxtı seçilməsində əsas olub.

TÜRKSOY adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirən Fırat Purtaş konfransa işində müvəffəqiyyət arzulayıb.

Konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvan – Türk coğrafiyası və mədəniyyətinin mərkəzi kimi” mövzusunda məruzə edib. Qeyd olunub ki, qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı əzəli türk-oğuz yurdu, Azərbaycan torpağı, bəşər sivilizasiyasının beşiklərindən biridir. Naxçıvan həm də Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindəndir. Naxçıvan ərazisində aparılan arxeoloji tədqiqatlar 5 min il bundan əvvəl ilkin şəhər mədəniyyətinin formalaşması, şəhərsalma ənənələrinin indiyədək qalan izləri sübut edir ki, bu diyar bəşəriyyətin inkişafında mühüm rol oynayıb. Burada insanlar 500-300 min il bundan əvvəl yaşayıblar.

Naxçıvan Azərbaycanın dövlətçilik tarixinə mühüm töhfələr verib, – deyən akademik diqqətə çatdırıb ki, Azərbaycan türkləri min illər boyu burada daimi həyat sürüb, böyük dövlətçilik ənənələrinin əsasını qoyublar. Burada X-XI əsrlərdə “Naxçıvan şahlığı”, XII-XIII əsrlərdə Azərbaycan Atabəylər dövləti, XVIII-XIX əsrlərdə “Naxçıvan xanlığı”, XX əsrin əvvəlində Araz-Türk Respublikası fəaliyyət göstərib. Naxçıvan diyarı “Türk yurdu”, “Şərqin qapısı”dır, türk dövlətləri ilə Türkiyə Cümhuriyyətini əlaqələndirən körpüdür. 1921-ci ildə Naxçıvan muxtariyyət statusu əldə edib, 1924-cü ildə isə Naxçıvan Muxtar Respublikası yaradılıb. Naxçıvan Muxtar Respublikası müqəddəs bir məkandır. Burada Nuh Peyğəmbərin məzarı və məzarüstü türbəsi, adı “Qurani-Kərim”də çəkilən “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi yerləşir. Bu diyarda 1218 dünya, ölkə və yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi qeydə alınaraq pasportlaşdırılıb.

Qeyd olunub ki, türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün Naxçıvanda keçirilməsi təsadüfi deyildir. Bu zirvə görüşü ilə türkdilli ölkələrin birliyi yeni mərhələyə qədəm qoydu. Naxçıvanda keçirilən bu mötəbər və möhtəşəm tədbirlər silsiləsi türk dünyasının birliyi, həmrəyliyi, bu günü və gələcəyi baxımından çox mühüm töhfələrlə yadda qaldı. Qədim sivilizasiyanın məkanı olan, bütün sahələrdə inkişaf edərək türk dünyasının elm, mədəniyyət və maarifçilik mərkəzinə çevrilən Naxçıvan bu günlərdə daha bir ilkə imza atdı, Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin ilk forumu keçirildi.

Tarixi mənbələrdə Naxçıvan şəhəri “Yer üzərində bundan daha çox əhalisi olan şəhər yoxdur”, “Təbriz və Bağdaddan sonra Naxçıvan kimi cəlallı və əzəmətli şəhər yoxdur”, “Şəhərdə çoxlu saray, köşk və eyvan vardır... Köşklərin çoxu qəsrlər kimi üç-dörd mərtəbəlidir” və digər bu kimi ifadələrlə, “Nəqşi-cahan” (“Dünyanın bəzəyi”) epiteti ilə tərənnüm edilib, “Naxçıvan İslamın ən güclü dayaqlarından biri” adlandırılıb. Naxçıvan Eneolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin mərkəzi olub. Naxçıvanın malik olduğu zəngin tarixi-mədəni irsin və burada İslam dəyərlərinin yaşadılması sahəsində görülən işlər, Naxçıvan şəhərinin müasir inkişafı, bu şəhərin İslam Mədəniyyətinin Paytaxtı olmağa tam haqq verib. Bəşər mədəniyyətində İslam sivilizasiyasının xüsusi yeri olub. Ümumiyyətlə, İslamın geniş yayılmasını təkcə dini etiqad baxımından izah etmək düzgün olmazdı. İslamın yayılması həm də mədəni ənənə və elmlə bağlıdır. Bütün bunlar göstərir ki, İslamda elmə, maarifə böyük əhəmiyyət verilir. Bu dinin ən gözəl göstəricilərindən biri də kitab mədəniyyətidir. Heç bir din haqqında bu qədər kitab yazılmayıb. Naxçıvanlı alimlərin bu sahədəki fəaliyyətləri diqqətəlayiqdir. Onlar İslam hüququ və “Qurani Kərim”in təfsiri haqqında çoxsaylı əsərlər yazıblar. Bütün bunlar qətiyyətlə deməyə əsas verir ki, Naxçıvanın adı İslam Mədəniyyətinin Paytaxtı kimi əbədi qalacaqdır.

“Türk dünyası ədəbiyyatında Çingiz Aytmatov imzası” mövzusunda çıxış edən TÜRKSOY-un Qırğızıstan təmsilçisi, Xalq şairi Kojogeldi Kuluyev nəinki türkdilli dövlətlərdə, dünyanın bütün ölkələrində tanınan yazıçı Çingiz Aytmatovun türk dünyasında sevilən əsərləri, onların ideya istiqamətləri, türk xalqları arasında əlaqələrin gücləndirilməsində rolu, dünya şöhrətli yazıçının Azərbaycanın sənət, mədəniyyət, ədəbiyyat xadimləri ilə əlaqələri barədə danışıb. Təmsilçisi olduğu təşkilat tərəfindən 2018-ci ilin Qırğızıstanda “Çingiz Aytmatov ili” elan olunmasını bu böyük yazıçıya türk dünyasının verdiyi böyük qiymət kimi dəyərləndirilib.

TÜRKSOY-un Qazaxıstan təmsilçisi, doktor Askar Turganbayevin “Doğumunun 125-ci ilində Mağcan Cumabay və qazax ədəbiyyatı” mövzusunda çıxışı da konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Məruzəçi Mağcan Cumabayın keşməkeşli həyatı, mənalı fəaliyyəti və zəngin yaradıcılığı barədə danışıb.

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Anar İsgəndərov “Naxçıvan – Türk və İslam dünyasına açılan qapı” mövzusundakı çıxışına ümummilli liderimiz Heydər Əliyevin qədim diyar haqqındakı fikirləri ilə başlayıb: “Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”. Bunu qədim Naxçıvana gələn hər bir kəs görür, bu, Naxçıvanda türk-islam mədəniyyətinin böyük ehtiramla yaşadıldığını təsdiq edir. Ona görə də bu konfransın Naxçıvanda keçirilməsi böyük əhəmiyyət daşıyır.

Ankara Yıldırım Bəyazit Universitetinin müəllimi, doktor Oğuzxan Aydının “Əhmət Yasəvidən Yunus Əmrəyə türk dünyasının İrfan ədəbiyyatı” mövzusunda çıxışında türk dünyasının İrfan ədəbiyyatında böyük rolu olan Əhməd Yasəvi, Yunus Əmrə, Mövlanə Cəlaləddin Rumi, Baba Nemətullah Naxçıvani və başqalarının fəaliyyəti barədə ətraflı məlumat verilib.

“19-cu yüz il – 20-ci yüz ilin əvvəlində Azərbaycanda din adamlarının maariflənmə hərəkatının yeri və rolu” mövzusunda çıxış edən Ankara Hacəttəpə Universitetinin doktorantı Cavid Mövsümlü bəhs olunan dövrdə rus şovinizminin İslam dünyasına münasibəti, din xadimlərinin maariflənməsi yolunda həyata keçirilən tədbirlərdən danışıb.

Sonra TÜRKSOY – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı tərəfindən “Naxçıvan” Universitetində keçirilən konfransa yüksək səviyyədə ev sahibliyi etdiyi üçün ali təhsil ocağına hədiyyə təqdim olunub və xatirə şəkli çəkdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Liqasında bütün yarımfinalçılar bəlli olub

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək VİDEO