DÜNYA
Ukraynada qızılca xəstəliyindən 16 nəfər ölüb
Kiyev, 19 dekabr, AZƏRTAC
2018-ci ildə Ukraynada qızılca xəstəliyindən 16 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb. Sonuncu dəfə ötən həftə Odessada qızılcadan bir uşaq dünyasını dəyişib. Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə qızılca xəstəliyi ilə bağlı göstəricilər yüksəkdir. Son bir həftədə Ukraynada 2656 nəfər bu xəstəliyə tutulub.
Nazirlik hesab edir ki, qızılcanın yayılmasının əsas səbəbi valideynlərin uşaqlarını bu xəstəliyə qarşı peyvənd etdirməməsidir. Nazirlik xəstəliyin yayılmaması üçün uşaqların peyvənd edilməsini vacib sayır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]
Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir
- 23.04.2024 [09:06]