MƏDƏNİYYƏT
İncəsənət məktəbində Niyazinin əsərləri səsləndirilib
Bakı, 17 yanvar, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 5 nömrəli uşaq incəsənət məktəbində görkəmli dirijor və bəstəkar Niyazinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbiri məktəbin nəzəriyyə şöbəsinin müdiri Zənfirə Bağırzadə açaraq maestronun dünya musiqi tarixində tutduğu yer və verdiyi töhfələr barədə məlumat verib. Bildirib ki, Niyazi bir çox xarici ölkə, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinə dirijorluq edərək onlara yeni nəfəs verib.
Sonra bəstəkarın “Vətən” mahnısı, “Arzu” romansı, “Xosrov və Şirin” operasından “Şirinin ariyası”nı səsləndirilib.
Tədbir zamanı bəstəkarın öz səsi ilə əsərləri və ulu öndər Heydər Əliyevin Niyazının ev-muzeyinin açılışında söylədiyi fikirlər dinlənilib.
Sonda Niyazinin dirijorluq etdiyi “Koroğlu” operasının uvertürası təqdim edilib.