CƏMİYYƏT
Hacıqabul və Masallı rayon sakinlərindən narkotik vasitələr götürülüb
Bakı, 22 yanvar, AZƏRTAC
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qubalıbaloğlan kənd sakinləri, əvvəllər məhkumluq həyatı yaşamış İbrahim İsmayılovdan 41,469 qram tiryək, Həşim Talıbovdan 1,553 qram heroin və 350 qram marixuana götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Bağırovda 430 qram marixuana aşkarlanıb.