REGİONLAR
Daşkəsəndə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb
Daşkəsən, 22 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şərur rayon sakini Yaşar Şəfiyev saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman sellofan bükümdə, ümumi çəkisi 385 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.