DÜNYA
Estoniya parlamentində Rusiya ilə sərhədin razılaşdırılması üzrə müqavilə ratifikasiya ediləcək
Tallinn, 22 yanvar, AZƏRTAC
Estoniya parlamentində Rusiya ilə sərhədin təsdiqlənməsinə dair müqavilənin ratifikasiyasını saxlamaq cəhdi baş tutmayıb.
AZƏRTAC xəbər verir ki, Estoniya parlamentində təmsil olunan EKRE partiyası Rusiya və Estoniya arasında sərhədin təsdiqlənməsinə dair razılaşmanın ratifikasiyasının qarşısını almaq üçün qanunverici təşəbbüslə çıxış edib. Lakin Estoniya parlamentinin yalnız 14 üzvü bu layihəni dəstəkləyib. Parlamentin 51 üzvü isə onun əleyhinə səs verib.
EKRE partiyası hesab edir ki, sərhədlərin indiki halında təsdiqi Estoniyanın tarixən iddia etdiyi, hazırda Rusiya Federasiyası ərazisi olan bəzi ərazilərin həmişəlik itirilməsi demək olacaq.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]