MƏDƏNİYYƏT
Yasamal rayon Mərkəzi Kitabxanası beynəlxalq virtual layihədə iştirak edir
Bakı, 23 yanvar, AZƏRTAC
Mirzə Şəfi Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası (MKS) Udmurt Respublikasının Milli Kitabxanası tərəfindən həyata keçirilən “Udmurt Respublikasının Milli Kitabxanasının kitab dostları” virtual layihəsində iştirak edir.
AZƏRTAC xəbər verir ki, layihə əsasında yaradılmış bölmədə Rusiya Federasiyasının, habelə yaxın və uzaq xarici dövlətlərin kitabxanalarında 12 sevimli kitabların siyahıları dərc olunur. Hər kitabxana layihəyə 12 kitab təqdim edir.
Virtual layihənin əsas məqsədi sosial şəbəkələrin izləyicilərini kitabxanaların ən sevimli kitabları ilə tanış etmək, onlarda mütaliə marağının artırılmasından ibarətdir.
Qeyd edək ki, Yasamal rayon MKS-ı layihədə ilk dəfə çıxış edərək 2018-ci ildə ən çox oxunan kitabların siyahısını təqdim edib.