REGİONLAR
Bərdə taxılçıları 12 min 719 hektarda səpin aparıblar
Bərdə, 24 yanvar, AZƏRTAC
Bərdə rayonunda taxıl səpini başa çatdırılıb. Ötən il taxılın hər hektarından yüksək məhsuldarlıq əldə edən bərdəli fermerlər bu ildə də bol məhsul götürmək əzmindədirlər.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, torpaq mülkiyyətçiləri 12 min 719 hektarda taxıl səpiblər. Taxıl əkinlərinin 9005 hektarı buğda, 2568 hektarı dən üçün arpa, 1146 hektarı isə yaşıl yem üçün arpadır.
Qeyd edək ki, Bərdə rayonunda keçən il 13 min 858 hektar taxıl sahəsindən 46 min 941 ton buğda, 9171 ton arpa götürülüb. Hər hektarın məhsuldarlığı orta hesabla buğda zəmilərində 41,8 sentner, arpa sahələrində isə 34,9 sentner təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]