REGİONLAR
Ötən il Tərtərdə əsas kapitala 38 milyon 234,6 min manat investisiya yönəldilib
Tərtər, 24 yanvar, AZƏRTAC
2018-ci ildə Tərtər rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən investisiyaların həcmi 38 milyon 234,6 min manat olub. İnvestisiyaların 36 milyon 326,8 min manatı və ya 95 faizi tikinti-quraşdırma işlərinə yönəldilib.
Tərtər Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, əsas kapitala yönəldilən investisiyanın 33 milyon 839,6 min manatı və ya 88,5 faizi dövlət mülkiyyətinə məxsus müəssisələr, 4 milyon 395 min manatı və ya 11,5 faizi qeyri-dövlət sektoru müəssisə və təşkilatların payına düşür. 2018-ci ildə sahibkarlar tərəfindən Tərtər rayonunun iqtisadiyyatına 2 milyon 795 min manat həcmində investisiya qoyulub. Ötən il rayonda 8 milyon 673,6 min manatlıq əsas fondlar istifadəyə verilib ki, onunda 7 milyon 073,6 min manatı dövlət, 1 milyon 600 min manatı qeyri dövlət mülkiyyətinə məxsusdur.