İQTİSADİYYAT


123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib VİDEO

Bakı, 11 iyul, Elvin Camalov, AZƏRTAC

123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi iyulun 11-dən müvəqqəti olaraq dəyişdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Bak Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, buna səbəb, Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır. Dəyişikliyə əsasən, təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır-Novxanı şosesindən keçməklə hərəkət edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.