DÜNYA
Donald Tusk: Ukrayna demokratiya istiqamətində islahatları davam etdirməlidir
Kiyev, 19 fevral, AZƏRTAC
Ukrayna demokratik dəyərlərin gücləndirilməsi istiqamətində islahatları davam etdirməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikri Kiyevdə Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşdə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk söyləyib.
O bildirib ki, Maydan hadisələrində həlak olanlara ən böyük dəyər Ukraynada demokratik standartların tətbiqinin davam etdirilməsidir.
"Ukraynaya gəlmək və onun xalqına xeyir-dua vermək çox vacibdir. Siz gecə-gündüz islahatlar aparır və insanları təcavüzkarlıqdan qoruyursunuz", - deyə Tusk əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]