Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Yer bürünür ağ qara, təslim olur bahara... VİDEO

Yer bürünür ağ qara, təslim olur bahara... VİDEO

Fevralın 26-sı Su çərşənbəsidir

Lənkəran, 20 fevral, AZƏRTAC

Xalq təqviminə görə, iyirmi gün çəkən Kiçik çillə fevralın 20-də öz yerini Boz aya (21 fevral – 21 mart) təhvil verir. Bölgələrimizin çillələrlə bağlı maraqlı adətləri, deyimləri və inancları var. Belə bölgələrdən biri də cənub zonasıdır.

Lənkəran şəhər sakini, filoloq Yadulla Ağazadə AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bu barədə danışıb.

Y.Ağazadə deyir ki, Böyük çillədə (21 dekabr - 31 yanvar) xalqın ehtiyatı tükənir, mal-qara üçün tədarük etdiyi ot-ələf azalır. Belə bir çətin məqamda qışın sərtliyi daha da artır, vəziyyət gərginləşir. Bu, Kiçik çillənin sərtliyindən xəbər verir. Müşahidələrə görə, fevralın 1-dən başlayaraq 20 gün ərzində qış daha sərt keçir. Ona görə də bu müddətə el arasında “qışın oğlan çağı” deyirlər. Kiçik çillə sanki insanları böyük sınağa çəkir. Bu sınaqlar, hirs-hikkələr Xıdır Nəbi gününədək davam edir. Fevralın 10-na təsadüf edən Xıdır Nəbi günündən başlayaraq suya, torpağa, havaya “oğru buğ” gəldiyi düşünülür. Xıdır Nəbi gününə qədər evdar qadınlar tərəfindən qohut hazırlanır və evdə xəlvət bir yerdə qoyurlar ki, qeybdən Həzrəti Xızır gəlib qohuta əl basacaq. Səhər açılanda həmin yerdən qohutu gətirib ailə üzvlərinə paylayır, onu öpüb yeyirlər. Həzrət Xızır qohuta əl basarsa, o evə “xeyir-bərəkət gələr” deyirlər.

Xalqda, el arasında belə bir inam da yaşamaqdadır ki, qışın qarı, çovğunu bolluq gətirir, torpağı yaza, əkinə hazırlayır. Çünki torpaq “ölməsə” yenidən dirilməz. Bunu isə yalnız Xıdır Nəbinin ağ atının dırnağında gətirdiyi kəskin şaxtalarla etmək mümkündür. Lənkəran bölgəsində Kiçik çillənin sonuncu gününə - fevralın 20-nə “İgidin ovdan qayıtdığı gün” də deyilir. Belə bir rəvayət söylənilir ki, nənə ilə babanın bir cəngavər, igid nəvəsi varmış. Həmin igid iki gündür çöldən evə gəlmirmiş. Qoca nənə bundan bərk narahat olur, soyuqdan üşüyə-üşüyə deyir:

- Nənən ölsün a bala, indi ovda sən donarsan ki!

Sonra evə daxil olaraq buxarının yanındakı istiliyi hiss etdikdə isə deyir:

-İnşallah, deyəsən, hava ayazlaşdı axı?

Baba da cavabında deyir ki, əgər igid nəvəmiz bu günə kimi salamatdırsa, daha ona zaval yoxdur. Çünki yerə oğru buğ gəlibdir.

Y.Ağazadə qeyd edir ki, fevralın 21-dən Boz ay daxil olur və 4 həftəlik ilaxır çərşənbələr (su, od, yel, torpaq) gəlir. Bununla belə bölgədə bəzi özünəməxsusluqlar da var. Belə ki, fevralın 21-dən martın 2-nə qədər olan 10 günlük müddətə “Çilləvəçə”(çilləönü) də deyirlər. Bu vaxtlar çöldə şaxtadan qorunmaq, ehtiyat etmək lazımdır.

Martın 12-dən 22-dək olan 10 günlük müddəti “Qarının qarı” adlandırırlar. Bayramlığa qızının evinə gedən qarı yolda qar altında qaldığı üçün belə deyilir.

Martın 22-dən 27-dək 5 günlük müddət “Dana qıran” kimi bilinir. “Yaz, bahar gəlmişdir” deyərək arxayınlaşan, danalarını çöldən gətirməyənlər üçün xəbərdarlıq sayılır.

Martın 27-dən aprelin 15-dək olan 20 günlük müddət isə xalq arasında “qırx kötük” adlanır. Xalq bunu aşağıdakı şəkildə mənalandırır:

Novruz gəldi, yazdır,

Qırx kötük də azdır.

Maraqlı cəhət həm də ondan ibarətdir ki, bu söyləmədə ifadə olunan “qırx kötük” sözündə də çillədən gələn çətinliyə, ağırlığa işarə edilir.

Həmsöhbətimiz Boz ay haqqında da danışaraq deyib: “Xalq arasında Boz ay haqqında bir deyim var - “Boz ay bozara-bozara keçər”. Bu daha çox Boz ayda havaların bozarmasına və dəyişkənliyinə işarədir. Boz ayın dəyişkən olması ilə əlaqədar bir rəvayətdə deyilir ki, nə vaxtsa Göy Tanrı ili 12 aya bölüb. Bu vaxt hər aya 32 gün, təkcə Boz aya 14 gün düşüb. Boz ay inciməsin deyə, hər ay ömründən bir gün bu aya verib. Lakin Boz ay yenə narazı qalıb. Bunu görən ayların bəzisi ömründən bir gün Boz aya verib. Elə ona görə də ayların bəzisi 30 gün, bəzisi isə 31 gündən ibarətdir. Deyilənlərə görə, Boz ayda havaların bu cür dəyişkən olmasının səbəbi hər aydan pay aldığına işarədir. Bu ayın xalq arasında adının həm də “ağlar-gülər” adlanması havaların dəyişkən olması ilə əlaqədardır. Kiçik çillə ilə Novruz arasındakı Boz ay qışdan yaza keçid dövrüdür. Xalq arasında Boz aya “Bayram ayı” da deyilir.

Görkəmli şair, ictimai xadim Əhməd Cavadın şeirlərində əski adət və inamlara, xalqın yaddaşına qayıdış kimi duyğular öz əksini geniş tapıb. O, Novruz bayramı ilə bağlı silsilə etnoqrafik şeirlər yazıb. Onlardan birini – “Çillə şərqisi” şeirini təqdim edirik:

Qabağı yazdır Çillənin,

Ömrü azdır Çillənin.

Yer bürünür ağ qara,

Təslim olur bahara.

Ağ bayraqlı qış gedir,

Al bayraqlı yaz gəlir!

Nağılçılar xoş gedir,

Ozan, aşıq, saz gəlir!

Böyük Çillə çıxmamış,

Kiçik Çillə gəlməmiş.

Boz ay çapır atını.

Bilir qışın zatını.

Bənövşə açıb gəlir,

Yatağı torpaq olur.

Çiçəyi yarpaq olur!

Xan çobanın arzusu,

Gəlir qumral quzusu!

Yağış ruzu gətirir,

Novruz gəlib yetişir!

Qüvvət dolu qollara,

Ellər çıxır yollara.

Durnaları gözləyir!

Bülbül gülü izləyir,

Şaxta, boran sovuşur!

Yel düzəldib qəddini,

Gözəl yaza qovuşur!

Xatırladaq ki, Boz aya daxil olan Su çərşənbəsi fevralın 26-sı, Od çərşənbəsi martın 5-i, Yel çərşənbəsi martın 12-i, Torpaq çərşənbəsi (Axır çərşənbə) isə martın 19-da qeyd olunacaq.

Yer bürünür ağ qara, təslim olur bahara... VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib