DÜNYA
Vışeqrad qrupu ölkələrinin Yerusəlimdə nəzərdə tutulan sammiti baş tutmayıb
Praqa, 20 fevral, AZƏRTAC
“Vışeqrad dördlüyü” (V4) qrupunun üzvü olan ölkələrin (Macarıstan, Polşa, Slovakiya və Çexiya) və İsrailin baş nazirlərinin Yerusəlimdə keçirilməsi nəzərdə tutulan görüşü ləğv edilib. Buna səbəb Polşanın həmin görüşə qoşulmaqdan imtina etməsi olub.
AZƏRTAC xəbər verir ki, Çexiya hökumətinin başçısı Andrey Babiş bu xəbəri belə şərh edib: “Polşa Vışeqrad qrupu ölkələrinin və İsrailin baş nazirlərinin sammitində iştirak etməkdən imtina etməsi səbəbindən həmin sammit keçirilməyəcək. Yalnız ikitərəfli danışıqlar aparılacaq”.
Polşa hökumətinin başçısı Mateuş Moravetski Yerusəlimə getməyəcəyini daha əvvəl bildirib və bunu onunla izah edib ki, KİV-lərdə dərc edilmiş xəbərlərə görə, İsrailin baş naziri Netahyahu polyakların guya nasistlərlə əməkdaşlıq etməsini söyləyib.
Pərvanə Qarayeva
AZƏRTAC –ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [17:10]
Bu il Türkiyənin xidmətlər üzrə ixrac hədəfi 110 milyard dollarıdır
- 20.04.2024 [16:58]
“Flydubai” Dubay hava limanından uçuşlar rejimini bərpa edib
- 20.04.2024 [16:55]
77-ci Kann kinofestivalının rəsmi posteri təqdim edilib
- 20.04.2024 [15:30]
Hakan Fidan: Dünyanın ən böyük problemi beynəlxalq sistemin ikiüzlülüyüdür
- 20.04.2024 [14:54]
“GPT-4” neyroşəbəkəsi oftalmoloq həkimlərin səviyyəsinə çatıb
- 20.04.2024 [14:20]
“Emirates” aviakompaniyası müntəzəm uçuş cədvəlini bərpa edib
- 20.04.2024 [13:27]