ELM VƏ TƏHSİL
Sağlam gələcək, idmanla gələcək
Bakı, 20 fevral, AZƏRTAC
Ağcabədi şəhərində Azərbaycan Gənclər Fondunun (AGF) maliyyə dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Xaliq Abbasovun fərdi layihəsi olan “Sağlam gələcək, idmanla gələcək” adlı regional voleybol yarışının zona seçimləri keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, yarışlar ADPU-nun Ağcabədi filialının idman zalında təşkil edilib.
Filialın direktoru, dosent Mətanət Fərzəliyeva bu cür yarışların gənclərin inkişafına töhfə olduğunu deyib.
ADPU-nun tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi universitetdə son illərdə aparılan islahatlardan, tədrisin keyfiyyətindən və tələbələrin ictimai fəallıqlarının artırılması üçün atılan addımlardan danışıb.
Beş komanda arasında gedən gərgin mübarizənin sonunda “Sabah” komandası qalib gələrək final mərhələsinə vəsiqə qazanıb.
Komandalar təltif edilib, xatirə şəkli çəkdirilib.