Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

BMT: Urbanizasiya şəhərlərin idarə olunmasına yeni yanaşma tələb edir

BMT: Urbanizasiya şəhərlərin idarə olunmasına yeni yanaşma tələb edir

Bakı, 20 fevral, AZƏRTAC

Bu gün planetimizin bütün sakinlərinin 55 faizi şəhərlərdə yaşayır. Yaxın illərdə əsasən Afrika və Asiyada urbanizasiya hesabına şəhər sakinlərinin sayı daha da artacaq. Şəhər sakinlərinin sayının sürətlə artması ilə əlaqədar, xüsusən sənayeləşmə sahəsində, yeni imkanlar yaranır, lakin bununla bərabər şəhərlərdə əhalinin həddən artıq sıxlaşması, qeyri-bərabərliyin artması və ətraf mühitin deqradasiyaya məruz qalması labüd olur.

AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla bildirir ki, bu təşkilatın Nyu-Yorkdakı qərargahında keçirilmiş iclası davamlı inkişaf, ərzaq təminatı və iqlim dəyişmələrinin ləngildilməsində şəhərlərin rolu məsələsinə həsr edilib. BMT Baş Assambleyasının sədri Mariya Fernanda Espinosa müxtəlif qitələrdə yerləşən bir sıra şəhərlərin merlərinin də cəlb edildiyi bu iclasın iştirakçılarına müraciətlə qeyd edib ki, sürətli urbanizasiya şəhərlərin idarə olunmasına yeni yanaşma tələb edir. Espinosa xatırladıb ki, 2050-ci ilə qədər planetin sakinlərinin 70 faizi şəhərlərdə yaşayacaq.

Azərbaycan Dövlət Statistika Komitəsinin 1 yanvar 2019-cu il üçün məlumatına görə, respublikamızın sakinlərinin sayı 9 milyon 981 min 457 nəfər olub. Ölkə əhalisinin 52,8 faizi şəhərlərdə, 47,2 faizi kənd yerlərində yaşayır. Əhalinin 49,9 faizi kişilər, 50,1 faizi qadınlardır.

BMT-nin bu yaxınlarda dərc edilmiş məruzələrinin birində göstərilir ki, hazırda Şimali Amerikada şəhərlərin sayı daha çoxdur. Orada əhalinin 82 faizi şəhərlərdə yaşayır. Afrika və Asiyada şəhər sakinlərinin sayı hələlik xeyli aşağıdır, lakin 2030-cu ilə qədər Afrika sakinlərinin 47 faizi və Asiya əhalisinin 56 faizi şəhərlərdə yaşayacaq. O vaxtadək Avropada şəhərlilərin sayı 77 faizə çatacaq.

Şəhərlər intellektual fəaliyyət, ticarət, mədəniyyət, elm, məhsuldar əmək və sosial inkişaf mərkəzləridir. Bununla bərabər, şəhərlərin çoxu böhran mərkəzlərinə, bəzi şəhər rayonları isə “getto”lara, dilənçiliyin və cinayətkarlığın kütləvi hal aldığı yerlərə çevrilməkdədir.

İstər inkişaf etməkdə olan, istəsə də inkişaf etmiş ölkələrin sakinlərinin çoxu üçün mənzil əlçatmaz olur. Bu gün bütün dünyada təqribən 1,6 milyard insanın mənzil şəraiti qeyri-qənaətbəxş vəziyyətdədir. Şəhərlərdə təqribən 1 milyard sakin xarabalıqlarda məskunlaşıb.

BMT Baş Assambleyasının budəfəki, 73-cü sessiyasında iştirak edən dövlətlər 2016-cı ilin oktyabr ayında Kito şəhərində qəbul edilmiş “Şəhərlərin İnkişafı Proqramı”nın əhəmiyyətini bir daha vurğulayıblar. Urbanizasiya sahəsində qarşıda duran məsələlərin bir növ gündəliyi olan bu Proqramda ekoloji cəhətdən salamat şəhərlərin tikintisi və inkişafı strategiyası öz əksini tapıb.

Proqramda şəhərlərin planlaşdırılması və inkişafı məsələlərinə yeni yanaşmaya çağırış var. Sənədin müəlliflərinin fikrincə, məsələyə bu cür yanaşma 2030-cu ilə qədər olan dövrdə inkişaf sahəsində gündəliyin həyata keçirilməsinə mühüm töhfə olacaq. Xatırladaq ki, həmin qətnamədə 17 hədəf və 169 konkret vəzifə, o cümlədən dilənçiliyin ləğv edilməsi, sağlamlığın qorunması, gender bərabərliyinin təmin edilməsi, iqlim dəyişmələrinə qarşı mübarizə, iqtisadi artımın və yeni iş yeri yaradılmasının stimullaşdırılması, müasir enerji mənbələrindən istifadə imkanının yaxşılaşdırılması, su təchizatı və sanitariya sahəsində xidmətlərin genişlənməsi, ətraf mühitin qorunması məsələləri müəyyən edilib.

17 hədəfdən 11-cisində bütün sakinlərin mənafeyi naminə şəhərlərin inkişaf etdirilməsi, onların innovasiyalar və sosial dəyişiklikləri mərkəzlərinə çevrilməsi vəzifəsi təsbit olunub.

Şəhərlərin inkişaf strategiyasının reallaşdırılmasına həsr edilmiş forumda çıxış edən BMT Baş katibinin birinci müavini Əminə Məhəmməd vurğulayıb ki, davamlı inkişaf uğrunda döyüş məhz şəhərlərdə gedəcək və bu döyüşdə qalib tərəf məhz şəhərlərdə müəyyən ediləcək.

Əminə Məhəmməd deyib: “Davamlı inkişafın, sülhün və təhlükəsizliyin təmin edilməsində şəhərlərin və urbanizasiyanın mühüm rol oynadığını hamımız yaxşı bilirik. Bu gün insanların əksəriyyəti – təqribən 4 milyard sakin şəhər rayonlarında yaşayır. 2050-ci ilə qədər şəhər sakinlərinin sayı 6 milyarda çatacaq”.

BMT Baş katibinin birinci müavini qeyd edib ki, iş yerləri, texnologiyalar şəhərlərdə cəmləşib, fəal iqtisadi inkişaf orada müşahidə olunur. Dünya üzrə ümumi daxili məhsulun 80 faizdən çoxu şəhərlərin payına düşür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycan boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” – yeni nəşr

Yığmanın baş məşqçisi: Toplanışda keçirdiyimiz matçlar kifayət qədər faydalı oldu

DGK sədri Misir səfiri ilə görüşüb

Şirvan–Salyan Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı müraciətlərə bu nömrə cavab verəcək

Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib VİDEO

Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə təlim keçirib VİDEO

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti çap olunub

Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanılıb VİDEO

“AMEA-da elektron hərəkat və yeni çağırışlar” - seminar

Misirin aparıcı media nümayəndələri ilə görüş olub

“Ermənistanın dostları” şəbəkəsinin əsas məqsədi bölgədə Aİ-nin maraqlarını həyata keçirməkdən ibarətdir - RƏY

Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Nyu-York metrosunda zorakılıq halları artıb

“Muzeydə musiqi” layihəsi: Azərbaycan Milli İncəsənət Muzeyində növbəti konsert

Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır

Nizamişünas alimin məqaləsi Türkiyədə çap edilib

Fevralda DSMF tərəfindən 26,6 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir VİDEO

“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq

Çin uçuş məsafəsi iki min kilometrdən çox olan zenit raketi hazırlayıb

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib

D vitamini uşaqların sümük-əzələ sisteminin sağlamlığında mühüm rol oynayır

“AzInTelecom”un “Hökumət Buludu” layihəsi “WSIS-204” müsabiqəsində iştirak edir

Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət albom buraxılıb

Millinin baş məşqçisi: Macarıstan və İsveçrə ilə oyunlar bizim üçün yeni təcrübə olacaq

DTX təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir

“Ulu Öndər və yəhudilər” sənədli filmi İsrail mətbuatında

Türkiyənin vitse-prezidenti: Daxili istehlakın ifrat artımı ölkənin iqtisadi inkişafına zərbə vurur

Şröder: Putinlə şəxsi münasibətlərim Ukraynada sülh prosesinə fayda verə bilər

BŞİH-də müşavirə keçirilib, “Lifttəmir”in direktoruna şiddətli töhmət verilib

Əhalinin tibbi xidmətlərə əlçatanlılığı ilə bağlı sorğunun nəticələri müzakirə olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin mümkün rəqibləri bəlli olub

Qadınlar arasında keçirilən voleybol yarışında ADAU-nun komandası birinci yerə çıxıb

"GreenTech Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir

Qazaxıstan Prezidenti: Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər

RF XİN: Ermənistan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının alətinə çevrilir

QHT sədri: Azərbaycanın vətəndaş cəmiyyətləri də COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsinə töhfə verə biləcəklər

DTX-nin rəisi: Ali Baş Komandanın bizə olan inamını daim doğrultmağa çalışacağımızı qətiyyətlə bəyan edirik

Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti - “Bir ömrün simfoniyası”

Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Tarixçi alim: Həmrəy olaraq qarşıya qoyulan bütün hədəflərə mütləq çatacağıq

Bayram günlərində meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Rusiyadan stikerləri Azərbaycan dilində olan məhsulların idxal müddəti uzadılıb

Ombudsman Səbinə Əliyeva Xankəndidə erməniəsilli sakinlərlə görüşüb

Məktəblərdə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul üzrə təkrar müsahibə keçiriləcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb VİDEO

Kəmalə Həşimova: Tezliklə Qərbi azərbaycanlıların da hüquqlarının bərpasına nail olacağıq

Davamlı öskürəyin ev şəraitində müalicəsi xəstəliyin ağırlaşmasına səbəb ola bilər

Milli Kitabxana Teymur Elçinin 100 illik yubileyi münasibətilə sərgi hazırlayıb

Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Technest” təqaüd proqramı üzrə infosessiya keçirilib

ABŞ və Avropa İttifaqı özlərinin gündəliyində olan siyasəti israrla Ermənistana təlqin etməyə çalışır ŞƏRH

“Dövlətin təhlükəsizliyi naminə” - MƏQALƏ

DİM: Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin sertifikatlarının verilməsinə başlanılıb

Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər

Tanışını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

BMT: 783 milyon insanın aclıqdan əziyyət çəkdiyi bir şəraitdə qida tullantılarının həcmi 20 faizə çatıb

Azərbaycan Premyer Liqası: “Qarabağ” bu tur çempionluğu təmin edə bilər

Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib

Muxtar Nağıyev: Azərbaycan xalqı olaraq birlik və həmrəylik sayəsində məqsədlərimizə çatacağıq

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır

Qərbin “sığortası” yeni münaqişə ocağı yaradacaq və ya iqtisadi tənəzzüllə bitəcək - ŞƏRH

Elektromobillərin dünya qiymətləri ucuzlaşa bilər

Bayram günlərində Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edənlərin sayı artıb

Seulda avtobus sürücülərinin tətili başlayıb

Salyanda məktəb direktoru işdən çıxarılıb

Yaşar Güler: Terror mövzusu Türkiyə gündəmindən tamamilə silinəcək

Beynəlxalq klub turnirlərində qapısını ən çox toxunulmaz saxlayan qolkiperlər bəlli olub

DİN: Martın 27-də 23,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Mərkəzi Bank uçot dərəcəsini endirib

Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib

Süni intellekt Rusiyada meşələrin qanunsuz qırılması hallarını aşkar edəcək

Ali məktəblər arasında ilk dəfə BANM-də Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Mingəçevir Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan mühazirə keçirilib

Gənc Tamaşaçılar Teatrı aprel repertuarını təqdim edib

“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradılıb

Mədəniyyət naziri Adil Kərimli İmişlidə vətəndaşları qəbul edəcək

Naxçıvanda yolda qaya uçqunu baş verib

Akademik: Azərbaycan cəmiyyətinin sonrakı inkişaf mərhələlərində Elmlər Akademiyası mühüm rol oynayıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib

TKTA: Yerli akkreditasiyası olmayan ali məktəblərin diplomları tanınmır

® Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən tibb kolleclərinin tələbələri üçün növbəti təlim keçirilib

Ötən gün götürülən silah-sursatın sayı açıqlanıb

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək

Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib VİDEO

Qərbi Azərbaycan İcması bəyanat yayıb