DÜNYA
TAPI qaz kəmərinin tikintisi iş planına uyğun aparılır
Aşqabad, 20 fevral, AZƏRTAC
Türkmənistan Prezidentinin neft və qaz məsələləri üzrə müşaviri Yaxşıgəldi Kakayev Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəmərinin tikintisinin iş planına uyğun aparıldığını və 2019-cu ilin sonunadək başa çatdırılacağını bildirib.
AZƏRTAC xəbər verir ki, hazırda “TAPI Pipeline Company Limited” konsorsiumu Əfqanıstan və Pakistan ərazilərində əsas qaz kəmərinin inşasını aparır. TAPI-nın üzv ölkələrdə geoloji və texniki tədqiqatları cədvələ uyğun həyata keçirilir, ətraflı təhlil və araşdırmalar aparılır. Transmilli qaz kəmərinin Əfqanıstan və Pakistan hissələrinə xüsusi avadanlıq, qaz boruları təchizatçıları üçün xüsusi təkliflər hərtərəfli təhlil edilir.
Y.Kakayev TAPI beynəlxalq qaz boru xəttinin tikintisinə dair “fəaliyyətin bütün sahələrində irəliləyiş” olduğunu bildirib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad