DÜNYA
Pakistanın Belucistan əyalətində baş vermiş sel və daşqınlar nəticəsində 3 nəfər həlak olub
Bakı, 21 fevral, AZƏRTAC
Pakistanın Belucistan əyalətində baş vermiş sel və daşqınlar nəticəsində 3 nəfər həlak olub, təxminən 200 nəfər itkin düşüb, 450-dən çox ailə evlərini tərk edib.
AZƏRTAC “DawnNews” telekanalına istinadla xəbər verir ki, təbii fəlakət kommunikasiya infrastrukturlarının sıradan çıxmasına səbəb olub. Əyalətin Fəlakətlərin İdarə Edilməsi Mərkəzinin direktoru İmran Zərkun bildirib ki, 3 nəfərin həlak olduğu və 200 sakinin təxliyə edildiyi Lasbela yaşayış məntəqəsində evlərin çoxunu sel aparıb. İnsanların sığınması üçün yaxınlıqdakı ərazidə çadırlar qurulub. Onun sözlərinə görə, xilasedicilər itkin düşmüş insanları tapmaq üçün ərazidə axtarış-xilasetmə işləri aparırlar.
Belucistanın dağlıq ərazilərində isə qar uçqunları nəticəsində yollar bağlanıb. Yolların açılması və sel baş vermiş kəndlərdən əhalinin təxliyəsinə hərbçilər də cəlb olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]