ELM VƏ TƏHSİL
Aİİ-də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunacaq
Bakı, 21 fevral, AZƏRTAC
Martın 6-da Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Regional və beynəlxalq təhlükəsizlik” mövzusunda seminar keçiriləcək. Seminar Trend İnformasiya Agentliyi baş direktorunun korporativ inkişaf üzrə müavini, agentliyin regional geosiyasət üzrə eksperti Arzu Nağıyevin təqdimatında reallaşacaq.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, politoloq regional və beynəlxalq təhlükəsizlik siyasəti, regionda gedən proseslər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məruzə edəcək.
Qeyd edək ki, İlahiyyat İnstitutu tələbələrin dünya görüşünün zənginləşdirilməsi, öz perspektivləri uğrunda çalışmaları, milli və vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə müxtəlif maarifləndirici tədbirlər keçirir.