ELM VƏ TƏHSİL
Elmi seminar Gürcüstanda erməni təşkilatlarının fəaliyyətinə həsr olunacaq
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunda elmi seminar keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi seminarda gürcüstanşünaslıq şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov “Gürcüstanda erməni təşkilatlarının fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edəcək.
Qeyd edək ki, institutun gürcüstanşünaslıq şöbəsi Gürcüstanda baş verən sosial-iqtisadi, siyasi prosesləri, onların Qafqaz regionuna, o cümlədən Azərbaycan Respublikasına mümkün təsirlərini, Gürcüstanın xarici siyasətini, onun başlıca istiqamətlərini, məqsədlərini, region üçün nəticələrini və digər məsələləri öyrənir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:53]
Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib
- 19.04.2024 [14:30]