CƏMİYYƏT
“Gənc mütaliəçilər klubu” layihəsinə yekun vurulub
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən 11-ci qrant müsabiqəsinin qalibi olmuş “Gənc mütaliəçilər klubu” layihəsinə yekun vurulub.
Fonddan AZƏRTAC-a bildiriblər ki, Biləsuvar rayonundakı Gənclər Evində keçirilən yekun tədbirində layihə rəhbəri Firuzə Xammədova layihənin gənclərimizə verdiyi töhfələrdən, onların vaxtının səmərəli keçməsindən və layihənin davamlılığından danışıb. O, həmçinin qeyd edib ki, bu layihə çərçivəsində Biləsuvar rayonundakı Gənclər Evində “Gənc mütaliəçilər klubu” yaradılıb.
Layihədə təlimçi Bəhruz Nəbili, ekspert Rauf Nuri, işçi qruplarının üzvlərindən Həsənağa Əsədov, Baxış Səfərov, müəllimlər, həmçinin ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Sonda layihənin iştirakçısı olan şagirdlərə diplomlar təqdim edilib.