DÜNYA
Şimali Koreya liderinin Moskvaya səfəri gözlənilir
Moskva, 21 mart, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikası (KXDR) Dövlət Şurasının sədri Kim Çen In Moskvaya səfər edə bilər.
AZƏRTAC xəbər verir ki, Rusiya KİV-lərinin yaydığı xəbərə görə, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Koreya Proqramları Mərkəzinin keçmiş rəhbəri Endryu Kim Seulda qapalı mühazirəsi zamanı məlumat verib.
Onun sözlərinə görə, KXDR lideri Hanoyda ABŞ Prezidenti Donald Tramp ilə keçirdiyi uğursuz görüşdən sonra Rusiyaya gəlmək niyyətindədir. Eyni zamanda, KXDR-in yüksək vəzifəli şəxslərinin son vaxtlar bir neçə dəfə Rusiyaya gəlməsi də ölkə liderinin Moskvaya səfərə hazırlaşdığına işarədir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva