DÜNYA
Yeni Zelandiyada terror aktlarını xüsusi kral komissiyası araşdıracaq
Tokio, 25 mart, AZƏRTAC
Yeni Zelandiyanın Baş naziri Casinda Ardern Kraystçörç məscidlərində törədilən terror aktlarını xüsusi kral komissiyasının araşdıracağını bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə “The New Zealand Herald” qəzeti məlumat yayıb. Baş nazirin Vellinqtonda keçirilən həftəlik mətbuat konfransındakı çıxışından sitat gətirən qəzet yazır: “Nazirlər Kabineti tərəfindən yaradılan xüsusi kral komissiyası hücumun qarşısının alınması üçün görülən tədbirlərin kifayətedici olmasını, eyni zamanda, xüsusi xidmət orqanlarının fəaliyyətini araşdıracaq”.
Baş nazirin sözlərinə görə, komissiyanın diqqət mərkəzində, ilk növbədə, hücuma aparan hadisələr olacaq, həmçinin yaraqlının silahı necə əldə etməsi, baş verənlərdə sosial şəbəkələrin rolu, xüsusi xidmət orqanlarının həyata keçirməli olduğu və keçirdiyi tədbirlər təhlil ediləcək.
Komissiyanın tam tərkibinin onun əhatə edəcəyi suallar dairəsi hökumət tərəfindən bütünlüklə dəqiqləşdirildikdən sonra elan ediləcəyi gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]