REGİONLAR
Sumqayıt məktəbliləri kütləvi “Oxu günü”nə qoşulublar
Sumqayıt, 24 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycanda artıq ikinci ildir ki, aprelin 23-də kütləvi “Oxu günü” keçirilir. Layihənin hədəfi yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağının artırılması, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır. “Oxu günü” layihəsinə bu il Sumqayıt şəhəri də qoşulub.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq Sumqayıtdakı Kimyaçı Mədəniyyət Sarayında “Gəlin birgə oxuyaq!” şüarı altında tədbir keçirilib.
Məktəblərinin iştirakı ilə keçirilən və rəngarəngliyi ilə diqqəti cəlb edən, ədəbi-bədii obrazlarla zəngin kompozisiyalar, mövzu ilə bağlı sərgilər, Vətəni, biliyi vəsf edən şeirlər və musiqi parçaları, sözsüz ki, kitaba olan sevgi və meyili artırmaqla yanaşı, mütaliə mədəniyyətinin formalaşmasına da töhfəsini verəcək.
1996-cı il aprelin 23-dən dünyada keçirilən “Oxu günü”nün əsas məqsədi şagirdlərin şəxsiyyət kimi formalaşmasında, onların dünyagörüşünün artırılmasında əvəzsiz rol oynayan mütaliəni müxtəlif üsullarla, fərqli yollarla üstünlüklərini aşılamaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]