REGİONLAR
Muxtar respublikada ümumi daxili məhsul istehsalı artıb
Naxçıvan, 24 aprel, AZƏRTAC
Muxtar respublikada inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalı 2019-cu ilin yanvar-mart aylarında 535 milyon 968 min manatdan artıq olub ki, bu da bir il öncəki göstəricidən çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5 faiz artaraq 1174 manatı ötüb. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,4 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 53,7 faiz təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-mart aylarında sənaye məhsulu 1,2 faiz, kənd təsərrüfatı məhsulu 2,4 faiz, nəqliyyat sektorunda yük daşınması 2,3 faiz, informasiya və rabitə xidmətləri 3,3 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]