DÜNYA
“Facebook” ekstremist meyilli ispaniyalı “sağçı”ların səhifələrini bloklayıb
Madrid, 24 aprel, AZƏRTAC
“Facebook” sosial şəbəkəsi ksenofobiya, homofobiya və islamofobiyaya meyilli ispaniyalı “sağçı”ların 17 səhifəsini bloklayıb.
AZƏRTAC İspaniya KİV-lərinə istinadla xəbər verir ki, bu qruplarda 1,4 milyon insan izləyici kimi qeydiyyatdan keçib. Bu hadisə siyasi müzakirələrin maksimum səviyyəyə çatdığı anda, növbədənkənar seçkilərə bir neçə gün qalmış baş verib.
Mark Sukerberqin imperiyasına daxil olan messencer “Podemos” Partiyasının akkauntunu da ləğv edib. Bu səhifə vasitəsilə siyasətçilər öz izləyicilərinə ismarıclar yollayıblar. Partiyada siyasi təbliğat məqsədilə bu kütləvi yollayışların həyata keçirildiyini inkar etmirlər. Lakin onlar əlavə edirlər ki, həmin ismarıcları bu səhifənin yalnız könüllü izləyiciləri alıblar.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]
BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq
- 23.04.2024 [15:53]
Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir
- 23.04.2024 [15:09]