Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Azərbaycan Diaspor Könüllüləri” layihəsinin təqdimatı olub

Bakı, 24 aprel, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsi “Azərbaycan Diaspor Könüllüləri” adlı yeni layihəyə başlayıb.

AZƏRTAC xəbər verir ki, aprelin 24-də Nizami Kino Mərkəzində layihənin təqdimatı keçirilib.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib və “Azərbaycan Diaspor Könüllüləri” layihəsi ilə bağlı təqdimat olub.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Azərbaycan Diaspor Könüllüləri” layihəsinin əhəmiyyətindən danışaraq qeyd edib ki, Komitə ilk dəfədir belə bir layihəyə start verib və bu proqram Azərbaycan dövlətinin diaspor siyasətinin tərkib hissəsidir. Komitə sədri bildirib ki, Prezident İlham Əliyev hər zaman Azərbaycanda könüllülər hərəkatının genişləndirilməsi məsələsinə xüsusi önəm verib. “Bu gün könüllülər Azərbaycanda həyata keçirilən əksər beynəlxalq layihələrdə yaxından iştirak edirlər. Müxtəlif dövlət qurumlarında könüllülərlə bağlı layihələr təşkil edilir. Bizim bu layihədə əsas məqsəd odur ki, gənclər beynəlxalq hüquq, beynəlxalq əlaqələr sahəsində biliklər əldə etsinlər, müxtəlif tədbirlərin həyata keçirilməsində töhfələrini versinlər”, - deyə F.Muradov bildirib.

“Azərbaycan Diaspor Könüllüləri” layihəsinə gənclər arasında böyük marağın olduğunu söyləyən Fuad Muradov qeyd edib ki, layihədə iştirak üçün ümumilikdə 600-dən çox gənc müraciət edib. Bizim gələcəyimiz gənclərin əlindədir. Dövlətimizin başçısı tərəfindən aparılan islahatların böyük qismi Azərbaycan gəncləri ilə bağlıdır. Bu gün Azərbaycan gəncinin asudə vaxtının səmərəli təşkili üçün ölkəmizdə hər cür şərait yaradılıb.

Tədbirdə çıxış edən Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev bildirib ki, ölkəni təmsil və təbliğ etmək olduqca məsuliyyətlidir, ona görə də diaspora sahəsində çalışanlar daha peşəkar və təcrübəli olmalıdırlar. “Azərbaycan Diaspor Könüllüləri” layihəsinin həyata keçirilməsi gələcəkdə diaspora fəaliyyətinə öz müsbət təsirini göstərəcək.

“Prezident İlham Əliyev könüllülük fəaliyyətinə xüsusi önəm verir. Bu gün könüllülük fəaliyyəti ilə məşğul olan gənclər sabahın real kadrlarıdır. 2012-ci ildə könüllülük fəaliyyətinə başlayan gənclərin çoxu dövlət idarəçiliyində müxtəlif vəzifələrdə çalışırlar. Könüllülük düzgün davranış qaydalarını, xeyirxahlığı, komanda şəklində fəaliyyəti aşılayır. Gənclərimizin qarşısında duran əsas məqsəd müstəqil Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və daha da möhkəmləndirilməsidir”,– deyə Ülvi Quliyev vurğulayıb.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxış edərək ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurlarından bəhs edib, Azərbaycan gənclərinin ölkə həyatının müxtəlif sahələrində qazandıqları nailiyyətlərdən danışıb. “Prezident İlham Əliyev hər zaman gənclərlə görüşlərində gənclərimizin milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalarının vacibliyini vurğulayır. Azərbaycanda könüllülük hərəkatının inkişaf etməsi həmin vətənpərvərliyin, vətəndaşlıq mövqeyinin, təəssübkeşliyinin nümunəsidir. Ulu öndər Heydər Əliyevin ideyalarına əsaslanan, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət sayəsində Azərbaycan bu gün dünyanın dinamik inkişaf edən və fəal ölkələrindəndir. Ən mötəbər beynəlxalq tədbirlər Azərbaycanda keçirilir. Gənclərimiz də ölkədə baş verən bu mühüm proseslərdə yaxından iştirak edirlər. Ümid edirəm ki, gənclərimiz dövlətimizi beynəlxalq arenada da yüksək səviyyədə təmsil edəcəklər”, - deyə İntiqam Babayev bildirib.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qeyd edib ki, könüllülər 2012-ci ildən ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə fəal iştirak edirlər. Könüllülük fəaliyyəti dövlət, cəmiyyət və ətraf mühit üçün təmənnasız fədakarlıqdır. Eyni zamanda, könüllülük fəaliyyəti ilə məşğul olanlar bilik və bacarıqlarını, dünya görüşlərini daha da genişləndirmək imkanı qazanırlar. Prezident İlham Əliyevin dediyi kimi könüllülük cəmiyyətdə xeyirxahlığı, yeni davranış qaydalarını təbliğ edir. Dövlətimiz tərəfindən bu fəaliyyətin yüksək qiymətləndirilməsi ölkəmizin gənclərini könüllülük fəaliyyətinə daha da ruhlandırır. Ölkəmizdə könüllülük fəaliyyəti ilə bağlı hüquqi baza yaradılıb. “Könüllülük haqqında” Qanun mövcuddur. Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Gənclər siyasəti haqqında” Qanuna dəyişiklik edilib və artıq könüllülük fəaliyyətinin təbliği dövlət gənclər siyasətinin vəzifəsinə çevrilib.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təmsilçisi Cəmil Əliyev qurum haqqında məlumat verib. Bildirib ki, "Regional İnkişaf" İctimai Birliyi (RİİB) 2016-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılıb. Qurumun əsas fəaliyyət istiqaməti regionlarda ictimai nəzarəti həyata keçirmək, Heydər Əliyev Fondunun regionlarda fəaliyyətini genişləndirmək, əhalinin qarşılaşdığı çətinliklərin dövlət qurumları və bələdiyyə orqanları ilə əməkdaşlıq və dialoq şəklində həllinə nail olmaqdır. RİİB-in Bakı şəhəri daxil olmaqla 9 regionda nümayəndəliyi fəaliyyət göstərir. Təşkilat dövlətimizin regionlarının inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərə dəstək verir. İctimai Birlik tərəfindən elm, təhsil, səhiyyə, ekologiya sahələrinə aid 50-dən çox layihə reallaşdırılıb. Bu layihələrin keçirilməsində könüllülərin xüsusi rolu var. RİİB-in ölkəmizin 9 regionunda 500-ə yaxın könüllüsü var ki, onlar müxtəlif layihələrdə ictimai nəzarətin həyata keçirilməsində və digər sahələrdə yaxından kömək edirlər.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri Azad Cəfərli Azərbaycanda könüllü fəaliyyətinin təkmilləşdirilməsi, könüllülərin praktiki bilik və bacarıqlarının gücləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. Qeyd edib ki, “ASAN xidmət” yarandığı ilk gündən könüllülük fəaliyyətinə xüsusi diqqət ayırır. “Könüllülük artıq bizim ayrılmaz hissəmizdir. Demək olar ki, “ASAN xidmət” mərkəzlərinin hər birində 80-90 könüllü çalışır, mindən çox könüllü isə daimi işlə təmin olunub”, - deyə Azad Cəfərli qeyd edib.

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev qurum haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 6 iyul tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Fond Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstəyin verilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin inkişaf etdirilməsi və dünyada daha geniş tanıdılması, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsinin gücləndirilməsi və bu sahəyə dövlət dəstəyinin ünvanlılığının təmini məqsədilə yaradılıb. Qeyd edilib ki, Diaspora Dəstək Fondu qurumlar, təşkilatlar tərəfindən layihələrin həyata keçirilməsi ilə məşğuldur. Hər bir gənc, diaspor fəalı öz layihələrini fonda təqdim edə bilər.

Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ