DÜNYA
Latviyada keçiriləcək prezident seçkilərinin vaxtı açıqlanıb
Riqa, 20 may, AZƏRTAC
Latviyada keçiriləcək prezident seçkilərinin vaxtı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Latviya Seyminin prezidiumu növbəti seçkiləri 2019-cu il mayın 29-na təyin edib.
Seçkilər üçün iki tarix təklif olunmuşdu. Parlamentin 34 deputatı seçkilərin iyunun 5-də, 45-i isə mayın 29-da keçirməyi məqbul hesab etmişdi. Parlamentin spikeri İnara Murniese ölkə Konstitusiyasına uyğun olaraq may ayını seçkilərin keçirilməsi üçün daha məqsədəuyğun hesab edib.
Prezident postuna üç namizəd iddialıdır. Bunlar Eqil Levits, Yuri Yanson və Didzis Şmitsdir.
Qeyd edək ki, hazırkı Prezident Raymond Veyonis növbəti seçkilərdə namizədliyini irəli sürməyib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]