Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Vergi Məcəlləsinə dəyişikliklər ölkə iqtisadiyyatının inkişafına və əhalinin rifah halının yaxşılaşmasına yönəlib

Bakı, 22 may, Ramiz Quliyev, AZƏRTAC 

Bu il yanvarın 1-dən Vergi Məcəlləsində qüvvəyə minmiş dəyişikliklər vergi uçotunun şəffaflaşdırılması, “kölgə iqtisadiyyatı”nın minumuma endirilməsi, əmək münasibətlərinin leqallaşmasına xidmət etməklə yanaşı, ölkə iqtisadiyyatının inkişafına və əhalinin rifah halının yaxşılaşmasına yönəlib. Bu dəyişikliklər nəticəsində dövlət büdcəsinə vergi yığımları artıb, neft və qeyri-neft sektorundan vergi daxilolmaları proqnoz göstəricilərindən xeyli çox olub.

Bəzi statistik rəqəmlərə nəzər salaq. Cari ilin ilk rübündə dövlət büdcəsinə Vergilər Nazirliyi tərəfindən 1 milyard 672,9 milyon manat vergi yığımı daxil olub, proqnoza 110,4 faiz əməl edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,5 faiz və ya 236,4 milyon manat çox vəsait toplanıb. Ödənilən vergilərin 30,9 faizi neft-qaz sektorunun, 69,1 faizi isə qeyri-neft-qaz sektorunun payına düşüb. Qeyri neft-qaz sektoru üzrə vergi daxilolmalarının artımı 18,3 faiz təşkil edib.

Bu ilin ilkin nəticələri deməyə əsas verir ki, yanvarın 1-dən qüvvəyə minmiş yeni vergi dəyişiklikləri mütərəqqi olmaqla yanaşı, arzuolunan nəticələri verməkdədir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında da vergi və gömrük sahəsində həyata keçirilən islahatların nəticələrini yüksək qiymətləndirərək bu dəyişikliklərdən sonra büdcə daxilolmalarının artdığını vurğulayıb: "Birinci rübdə büdcə daxilolmaları ciddi şəkildə - 200 milyon manatdan çox artıb. Bunun 150 milyon manatdan çox hissəsini vergi sahəsində, 50 milyon manatdan çox hissəni isə gömrük sahəsində əldə etmişik".

Dövlətimizin başçısı vergi orqanlarının qeyri-neft sektorundan daha çox - 136 milyon manat vergi topladığını deyərək bunu islahatların bariz nümunəsi kimi qiymətləndirib.

Beləliklə, vergi sahəsində islahatların ilkin nəticələri göz qabağındadır. Sevindirici haldır ki, bunlar vergiödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması fonunda baş verir.

Dəyişikliklərin əsas istiqamətləri

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər əsasən, bir neçə istiqaməti əhatə edir. Buraya ölkədə sahibkarlığın dəstəklənməsi, vergidən yayınma hallarının və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və eyni zamanda, vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi daxildir. Bundan başqa, sahibkarlığın dəstəklənməsi məqsədilə Vergi Məcəlləsinə edilən dəyişikliklər əsasən sadələşdirilmiş verginin dərəcəsinin bütün ölkə ərazisində 2 faiz müəyyən edilməsi, pərakəndə ticarət və iaşə sahələrində nağdsız ödənişlər üzrə güzəştlərin verilməsi, inzibati şikayət zamanı bank hesabından və ƏDV-nin depozit hesabından pul vəsaitinin silinməsinin dayandırılmasını nəzərdə tutur. 

Sözügedən dəyişikliklər sırasında mikro və kiçik sahibkarlıq subyektləri üzrə sahibkarlığın dəstəklənməsi xüsusi yer tutur. Belə ki, cari ildən etibarən mikro və kiçik sahibkarlıq subyektlərinin balanslarında olan əsas vəsaitlər üzrə sürətli amortizasiya normaları tətbiq edilir, kiçik sahibkarlıq subyektləri şəffaf uçot apardıqları halda, onlara əlavə vergi güzəşti verilir. Kiçik və orta biznes (KOB) klasterinə daxil olan şirkətlər KOB reyestrində qeydiyyata alındıqları andan etibarən 7 il müddətinə mənfəət, torpaq və əmlak vergilərindən azad edilirlər, həmçinin KOB klasterinə daxil olan şirkətlər tərəfindən istehsal və emal məqsədilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə ƏDV-dən azad olunur.

Vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması məqsədilə Vergi Məcəlləsinə edilən dəyişikliklər aylıq əməkhaqqı 8 min manatadək olduqda gəlir vergisinin 0 dərəcə ilə, əməkhaqqı 8 min manatdan çox olduqda isə 8 min manatdan çox olan məbləğin 14 faizi həcmində müəyyənləşdirilməsi, ƏDV-nin müəyyən hissəsinin istehlakçılara geri qaytarılması və digər məsələləri də əhatə edir.

Qeyd edək ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərdən sonra gəlir vergisi ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Bu dəyişiklik nəticəsində özəl qeyri-neft sektorunda əmək müqaviləsinə əsasən fəaliyyət göstərən hər bir muzdlu işçi çox əhəmiyyətli dərəcədə vergi güzəşti əldə edib. Məsələn, ayda 8 min manata qədər gəlir əldə edən fiziki şəxslərin gəlir vergisi 0 faizə endirilib. Bu, bir tərəfdən vətəndaşlara və qeyri-neft sektorunun inkişafına, digər tərəfdən, leqallaşma prosesinə verilən töhfədir.

Ekspertlərin fikrincə, bu dəyişiklik həm də əhalinin orta və uzun müddətdə sosial müdafiəsinin gücləndirilməsinə yönəldilib. Çünki on minlərlə vətəndaş faktiki olaraq muzdlu işçi kimi çalışıb, ancaq əmək müqavilələri, ümumiyyətlə mövcud olmayıb. Yaxud da, əmək müqavilələri mövcud olsa da, real əməkhaqqı göstərilməyib.

Digər mühüm bir tələb isə işçilərlə əmək münasibətlərinin leqallaşdırılması ilə bağlıdır. Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qanunla qadağandır və sahibkarlar işçilərlə əmək müqaviləsi bağlamalı, təqdim etdikləri hesabatlarda real əmək haqlarını düzgün göstərməlidirlər. Belə hallara yol verilməsi gəlirlərin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənlərə maliyyə sanksiyaları tətbiq edilə bilər. Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində bu cür hala birinci dəfə yol verdikdə 2 min manat, ikinci dəfə yol verdikdə 4 min manat, üç və daha çox dəfə yol verdikdə 6 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Yeri gəlmişkən, dövlətimizin başçısının təşəbbüsü ilə Vergi Məcəlləsinə edilən dəyişikliklər paketinə belə bir yenilik əlavə olunub ki, əksər biznes sahələrində baş verən və “kölgə” mahiyyəti daşıyan pozuntular ilk dəfə aşkarlandıqda sahibkara maliyyə sanksiyası deyil, xəbərdarlıq olunur. Bununla bağlı Vergilər naziri Mikayıl Cabbarov müsahibələrinin birində deyib: “Bu, açıq və aydın şəkildə dövlətin siyasətini əks etdirir. Yəni burada məqsəd heç bir şəkildə cərimə və sanksiya ilə deyil, ilk növbədə, vergiödəyicisinə onun yol verdiyi pozuntunu göstərərək şüurlu şəkildə aradan qaldırması üçün daha bir şans verməkdir. Amma bu baş vermədiyi təqdirdə, təbii olaraq, bütün məsələlər hüquqi çərçivədə həll edilməli və dövlətin qanunlarına riayət olunmalıdır. Dövlət orqanlarının və konkret olaraq Vergilər Nazirliyinin işi məhz bundan ibarətdir. Bunun üçün bizim həm səlahiyyətimiz, həm peşəkar bacarıqlarımız mövcuddur. Leqallaşma könüllü şəkildə baş vermədiyi halda, biz öz səlahiyyətlərimizdən istifadə edirik”.

Vergiödəyicilərinin qeydiyyatında və əmək müqavilələrinin sayında ciddi artım var

Vergi Məcəlləsinə edilən son dəyişikliklər cari ilin ilk rübündə vergi daxilolmalarının artması ilə yanaşı, vergiödəyicilərinin qeydiyyatına və əmək müqavilələrinin sayına da təsir göstərib. Belə ki, mayın 1-nə qeydiyyatda olan vergiödəyicilərinin sayı 1 milyonu ötüb. 

Yanvar-aprel aylarında qeydiyyatdan keçən vergiödəyicilərinin sayı isə 36 min 558 olub. Onlardan 4 min 584-ü hüquqi şəxslər, 31 min 974-ü isə fiziki şəxslərdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin sayında 32,4 faiz artım müşahidə edilib. Dörd ayda qeydiyyatdan keçən 4 min 427 kommersiya-hüquqi şəxsin 70,6 faizi elektron qaydada qeydiyyata alınıb. Həmin müddətdə qeydiyyatdan keçən vergiödəyicilərinin 54,8 faizi regionların payına düşür. Bu da onu deməyə əsas verir ki, qanunvericilikdə edilən dəyişikliklər, biznes mühitinin yaxşılaşması istiqamətində atılan addımlar vergiödəyicilərinin sayına təsir edib.

Qeyri-neft sektorunda rəsmiləşdirilmiş əmək müqavilələrinin sayında isə bu ilin ilk 4 ayında 58 min artım olub. Bu da əyani göstərir ki, atılan addımlar öz effektini verməkdədir.

Səyyar vergi yoxlamalarının sayı azalıb

2018-ci ildən başlayaraq səyyar vergi yoxlamalarının sayının azaldılmasına üstünlük verilir. Bu resurslar daha çox vergiödəyicisinin maariflənməsinə, ona xidmət göstərilməsinə yönəldilib. Nəticədə, könüllü vergi əməletməsi əhəmiyyətli dərəcədə artıb. Əgər ötən illərdə vergi daxilolmalarının böyük hissəsi səyyar vergi yoxlamaları nəticəsində baş verirdisə, bu il həmin dinamika əhəmiyyətli dərəcədə dəyişib.

Ötən il 2017-ci illə müqayisədə səyyar vergi yoxlamalarının sayı təxminən 3 dəfə azalıb. Bu ilin birinci rübündə də 2018-ci ilin eyni dövrünə görə 3 dəfə az səyyar vergi yoxlaması keçirilib.

2019-cu ilin birinci rübündə isə açılmış yoxlamaların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 86,9 faiz, başa çatdırılmış yoxlamaların sayı 75,2 faiz azalsa da, yoxlamalarla hesablanmış əlavə vəsaitin məbləği cəmi 3,7 faiz azalıb. Bir yoxlamaya düşən dövriyyənin məbləği əvvəlki dövrlə müqayisədə 47,7 faiz artıb. Həmçinin bu müddət ərzində vergi borcu 14 milyon 624 min manat olan 1858 sayda vergiödəyicisi və vəzifəli şəxslərin məhkəmə qərarı əsasında ölkədən getmə hüququ məhdudlaşdırılıb ki, bunun nəticəsində də borcun 50 faizdən çoxu dövlət büdcəsinə ödənilib. Lakin bütün bunlara baxmayaraq, vergi plan-proqnozlarının icrası artıqlaması ilə yerinə yetirilib. Bu, o deməkdir ki, dövlətə inam var, biznesdə şəffaf işləməyə üstünlük verilir.

Cari ildən bir çox sahələrdə vergi yükü azaldılıb. Eyni zamanda, bütün sivil cəmiyyətlərdə qəbul olunduğu kimi, vergi öhdəliklərinin hər bir vergiödəyicisi tərəfindən tam həcmdə, istisnasız qarşılanması tələbi irəli sürülüb.

Bundan başqa, vergiödəyicilərinin hüquqlarının hərtərəfli qorunmasını təmin etmək üçün bu yaxınlarda Vergilər Nazirliyinin nəzdində Vergi Ombudsmanı İnstitutu da yaradılıb.

Dünya Bankı vergilərin ödənilməsi üzrə Azərbaycanın mövqeyini yüksək qiymətləndirib

Heç də təsadüfi deyil ki, Dünya Bankının hazırladığı "Doing Business-2019” hesabatında Azərbaycan 190 ölkə arasında 32 pillə irəliləyərək 57-ci pillədən 25-ci (o cümlədən vergilərin ödənilməsi üzrə 35-ci pillədən 28-ci) yerə yüksəlib. Vergilərin ödənilməsi sahəsində ("Doing Business” üzrə bal 85,23) də Azərbaycanın layiq olduğu 28-ci yer kifayət qədər yüksək hesab edilməlidir. 

Bunun bir çox səbəbi var. Həmin səbəblər sırasında işəgötürən tərəfindən ödənilən sosial sığorta haqqının dərəcəsinin 22 faizdən 15 faizə endirilməsini, ƏDV-nin qaytarılması ilə bağlı vergi orqanlarına təqdim olunmalı ərizənin elektronlaşdırılmasını, vergiödəyiciləri üçün əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış rəqəmdən artıq olan hissəsinin vergiödəyicisinin vergi və gömrük orqanlarına elektron formada ərizəni verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılmasını, eləcə də ƏDV-nin 3 ay ərzində geri qaytarılması müddətinin aradan qaldırılmasını göstərmək mümkündür.

Bunlardan əlavə, əgər əvvəllər sosial sığorta ödənişləri, mənfəət vergisi və ƏDV-ni ödəmək üçün cəmi 159 saat vaxt tələb edilirdisə, indi həmin rəqəm 113 saata enib. Eyni zamanda, sosial sığorta ödənişlərinin mənfəətdəki xüsusi çəkisi də azalıb. İndi həmin rəqəm 24,82 deyil, 20,29 faizdir.

Bütün bu faktlar deməyə əsas verir ki, vergi sahəsində həyata keçirilən mütərəqqi islahatlar əlverişli biznes və vergi mühitinin formalaşmasına xidmət etməklə, ölkənin sosial iqtisadi inkişafına öz töhfəsini verəcək və davamlı xarakter alacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO