Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Akif Əlizadə: Qafqaz tarixin bütün dövrlərində diqqət mərkəzində olub YENİLƏNİB 2

Bakıda Qafqazşünasların II Beynəlxalq Forumu başlayıb

Bakı, 23 may, AZƏRTAC

Mayın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda Qafqazşünasların II Beynəlxalq Forumu işə başlayıb. İki gün davam edəcək forumda Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Belarus, Şimali Makedoniya, İran, Qazaxıstan, Özbəkistan, Ukrayna və Gürcüstandan 220-dən çox alim və tədqiqatçı iştirak edir.

Forum iştirakçıları Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

AZƏRTAC xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə beynəlxalq forumun əhəmiyyətindən danışıb. Bildirib ki, birinci forumla müqayisədə bu il iştirakçıların sayının artması Azərbaycan qafqazşünaslıq elminə marağın göstəricisidir. Dünyanın çox ölkəsində Qafqazla bağlı araşdırmalar aparılır. Amma bu gün Azərbaycan, Bakı Qafqazın öyrənilməsi, Qafqaz problemlərinin araşdırılması sahəsində apardığı işlərə görə qafqazşünaslığın mərkəzinə çevrilir.

AMEA-nın prezidenti qeyd edib ki, Qafqaz tarixin bütün dövrlərində diqqət mərkəzində olub. Ümummilli lider Heydər Əliyev Qafqaz problemlərindən danışarkən deyirdi: “Qafqaz dünyanın böyük dövlətlərinin diqqət mərkəzindədir, dünyanın diqqətini cəlb edir”.

Akif Əlizadə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, bir milyondan çox azərbaycanlının daimi yaşayış yerlərindən didərgin salındığını deyib. Bildirib ki, Qafqaz regionunda mövcud olan bir çox problemlərin başlıca səbəbi Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti ilə bağlıdır. Akademik tədbirdə iştirak edən alim və mütəxəssisləri bu kimi problemlərə obyektiv yanaşmağa və onların həlli ətrafında öz səylərini birləşdirməyə çağırıb.

Forumun plenar və bölmə iclaslarında dinlənilən məruzələrin, aparılan müzakirələrin qafqazşünaslıq elminə töhfə verəcəyini deyən akademik Akif Əlizadə tədbir iştirakçılarına uğurlar arzulayıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında qeyd edib ki, Qafqaz ölkəsi olaraq yaşadığımız regionu, burada baş verən prosesləri dərindən öyrənməliyik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Biz dünyada, bölgədə gedən prosesləri izləyərək çalışmalıyıq ki, ölkəmiz üçün riskləri nə qədər mümkünsə minimum səviyyəsinə endirək”. AMEA-nın Qafqazşünaslıq İnstitutu bu sahədə mühüm işlər görür. Belə ki, institutda həm tədqiqatlar aparılır, həm də bu sahədə aparılan araşdırmalar sistemləşdirilir. Bu gün institut tərəfindən təşkil olunan forum Azərbaycan qafqazşünaslıq elmində atılan təqdirəlayiq addımdır. Ümid edirəm ki, forum qafqazşünaslıq elminin inkişafına müsbət təsir göstərəcək.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova forum çərçivəsində müxtəlif mövzularda müzakirələrin aparılacağını söyləyib. O, tədbirin sonunda müsbət nəticələrin əldə olunacağına əminliyini ifadə edib. Bildirib ki, forum Qafqaz tarixinin öyrənilməsində yeni səhifələrin açılmasına, innovativ ideyaların irəli sürülməsinə təkan verəcək. Eyni zamanda, görkəmli alimlərin birgə fəaliyyəti nəticəsində Qafqaz ölkələrində yaşayan xalqlar arasında qarşılıqlı anlaşma sürətlənəcək, dostluq münasibətləri daha da möhkəmlənəcək.

Akademik belə tədbirlərin həm azərbaycanlıların öz tarixini yenidən dərk etmələrinə, həm də ölkəmizin dünya tarixində rolunun və yerinin müəyyənləşməsinə müsbət təsir edəcəyini vurğulayıb.

Çıxışlardan sonra akademik Akif Əlizadənin sədrliyi ilə keçirilən plenar iclasda Milli Məclisin deputatı, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı “Qafqazşünaslığın aktual problemləri: mövcud vəziyyət və perspektivlər” mövzusunda məruzə edib. Alim Qafqazşünaslıq İnstitutunda Qafqazın daha çox siyasi-ictimai və beynəlxalq münasibətlər müstəvisində öyrənildiyini qeyd edib. Bildirib ki, bu gün ABŞ-dan Çinə, Yaponiyaya qədər bütün ölkələrdə onlarla qafqazşünaslıq mərkəzi fəaliyyət göstərir. Qafqazın geosiyasi mövqeyi, Şərqlə Qərb arasında körpü rolunu oynaması, eləcə də Böyük İpək yolunun üzərində yerləşməsi bu regionun öyrənilməsinə göstərilən böyük marağın əsas səbəblərindəndir.

“Bu gün zəngin təbii sərvətlərə və kifayət qədər beynəlxalq nüfuza malik olan Qafqazın başlıca problemi terrordur”, – deyən professor Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun nəticələrinin aradan qaldırılmasının həlli vacib olan məsələlərdən olduğunu diqqətə çatdırıb.

Forum 24 bölmə iclasını əhatə edir. Bölmələrdə “Qafqaz regionunda ictimai-siyasi proseslər”, “Qafqazda münaqişələr və terror”, “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü”, “Qafqaz ölkələrinin qarşılıqlı münasibətləri, xarici siyasəti və böyük dövlətlərin region siyasəti”, “Qafqazda geosiyasi şərait”, “Qafqazda sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqəsi” mövzularında müzakirələr aparılacaq.

Xatırladaq ki, Qafqazşünasların I Beynəlxalq Forumu 2017-ci ildə keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır