İDMAN
Azərbaycan boksçusu beynəlxalq Qran-Pri turnirinin finalına yüksəlib
Bakı, 25 may, AZƏRTAC
Çexiyada boks üzrə Usti-nad-Labem Qran-Prisində yarımfinal mərhələsinin görüşləri başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin bir üzvü finalda iştirak hüququ qazanıb. Vaqif Şirinovun yetirmələrindən Lorenzo Sotomayor (69 kq) yarımfinalda tailandlı Nasuk Vuttiçay ilə üz-üzə gəlib. Görüş idmançımızın qələbəsi ilə yekunlaşıb – 4:1. O, həlledici görüşdə norveçli Hadi Srour ilə qarşılaşacaq.
Digər təmsilçimiz Alfonso Dominqes (81 kq) isə finala yüksələ bilməyib. Yarımfinalda kubalı Olimpiya çempionu, dünya çempionatının dördqat qalibi Xulio Sesar La Krusla qarşılaşan boksçumuz 0:5 hesabı ilə uduzaraq bürünc medalla kifayətlənməli olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [23:26]
Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb
- 26.04.2024 [23:07]
Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb
- 26.04.2024 [21:50]
Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]