MƏDƏNİYYƏT
Azərbaycanlı rejissorun filmi Rusiyada keçiriləcək kino festivalına təqdim edilib
Moskva, 27 may, AZƏRTAC
Azərbaycanlı rejissor Elmar İmanovun “Mövsümün sonu” filmi Rusiyada keçiriləcək kino festivalına təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Andrey Tarkovski adına “Zerkalo” XIII Beynəlxalq Kino Festivalı iyunun 14-21-də Rusiyanın İvanovo şəhərində keçiriləcək. Müsabiqəyə 9 film təqdim olunub. Azərbaycanlı rejissor Elmar İmanovun “Mövsümün sonu” filmi müsabiqənin əsas proqramına daxil edilib. Film Azərbaycan, Almaniya və Gürcüstan kinematoqrafçılarının birgə istehsalıdır.
Festivalda Fransa, Niderland, Almaniya, Rusiya, İsveçrə və digər ölkələrin filmləri də nümayiş olunacaq.
Müsabiqənin münsiflər heyətinə Emir Bayqazin (Qazaxıstan), Darya Juk (Belrus), Co Bini (ABŞ), Mauritsio Baruççi (İtaliya) və Alisa Xazanova (Rusiya) daxildir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]