ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxanada yanğın təhlükəsizliyinə dair metodiki məşğələ keçirilib
Bakı,18 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) yanğın təhlükəsizliyinə dair metodiki məşğələ keçirilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri, yanğının başvermə səbəbləri, profilaktikası və yanğına qarşı mühafizə qaydaları haqqında geniş təqdimat edilib.
Kitabxananın mülki müdafiə qərargahının rəisi Gülağa Cahangirov müəssisədə olan xəbərdaredici və mühafizə vasitələri, təxliyə planı və yolları, eləcə də digər təhlükəsizlik tələbləri barədə məlumat verib, yanğın vəziyyətində davranış qaydalarına aid praktik nümunələr göstərib.