DÜNYA
Yaponiyada güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 21 nəfərə çatıb
Tokio, 19 iyun, AZƏRTAC
Yaponiyanın şimal-qərbində güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 21 nəfərə çatıb.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Yamaqata prefekturasında iyunun 18-də 22:22 dəqiqədə baş verən 6,7 bal gücündə yeraltı təkanlar ətrafdakı 13 prefekturada da hiss olunub.
Zəlzələnin təkanları yeddi ballıq yapon seysmoloji cədvəlinə əsasən Yamaqata prefekturasında 6 baldan yuxarı, Niiqata da isə 6 bal gücündə olub. Sahil ərazilərdə 10 santimetr hündürlükdə sunami qeydə alınıb.
Zəlzələdən ötən 12 saat ərzində həmin rayonda daha 18 afterşok baş verib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [14:54]
ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib
- 29.03.2024 [14:37]
Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib
- 29.03.2024 [14:34]
Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər
- 29.03.2024 [13:24]
NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir
- 29.03.2024 [13:17]
Yunanıstanda 6 bal gücündə zəlzələ olub
- 29.03.2024 [13:08]