DÜNYA
“Microsoft” klaviaturaya yeni klaviş əlavə etməyi planlaşdırır
Bakı, 19 iyun, AZƏRTAC
“Microsoft” kompaniyası klaviaturaya “Office” klavişi əlavə etməyi planlaşdırır.
AZƏRTAC The Verge portalına istinadla xəbər verir ki, klaviş “Microsoft Office” proqramını tez bir zamanda açmağa imkan verəcək. Yeni düymə klaviaturanın sağ tərəfindəki “Windows” klavişini əvəzləyəcək.
Portalın məlumatına əsasən, “Microsoft” noutbuklarda belə klavişə ehtiyac olub-olmadığı barədə sorğu keçirir.
Əgər kompaniya yeni klaviş əlavə etsə, bu, 25 il ərzində klaviaturanın quruluşunda ilk dəyişiklik olacaq. “Microsoft Natural” adlı standart klaviatura 1994-cü ildə meydana gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]