İQTİSADİYYAT
Beş ayda rabitə xidmətlərinin dəyəri 15 faizədək artıb
Bakı, 19 iyun, AZƏRTAC
Bu ilin yanvar-may ayılarında informasiya və rabitə müəssisələri 822,7 milyon manatlıq xidmət göstərib ki, onun da 72 faizi əhali tərəfindən istehlak olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 14,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,7 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 41,9 faizi və ya 344,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.