İQTİSADİYYAT
Azərbaycanda 150-dən çox Ukrayna kapitallı şirkət fəaliyyət göstərir
Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, nəqliyyat, xidmət və sair sahələrdə 150-dən çox Ukrayna kapitallı şirkət fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir qeyd edib ki, Azərbaycan-Ukrayna əlaqələri iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir. Ölkələrimiz arasında sənaye, energetika, kənd təsərrüfatı, ticarət, nəqliyyat-tranzit, turizm, əczaçılıq və sair sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var. Eyni zamanda, Ukrayna iş adamları Azərbaycandakı sənaye parklarında və məhəllələrində yaradılmış əlverişli şəraitdən istifadə edə, investisiya yatıra bilərlər.