Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Nazim Şükürov: AMEA YT Park Azərbaycanın işgüzar aləmi üçün bir platformaya çevriləcək

Bakı, 20 iyun, Xatirə Cəfərova, AZƏRTAC

Nazirlər Kabineti tərəfindən AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi qaydası təsdiqlənib. Qaydalara əsasən, YT Park rezidentlərinin məhsullarının dövlət əsaslı sifarişlə satınalınması mexanizmi yaradılacaq.

YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov AZƏRTAC-a müsahibəsində rəhbərlik etdiyi qurumun fəaliyyəti, burada istehsal edilən ixracyönümlü məhsullar, eləcə də rezidentlər üçün yaradılmış əlverişli şərait, müasir infrastruktur, güzəşt mexanizmləri və xidmətlər barədə məlumat verib.

YT Parkda intellektual biznesin formalaşdırılması ilə bağlı mühüm işlər aparılır

Nazim Şükürov Texnoparkın ərazisində ixrac potensiallı məhsullar istehsal edildiyini, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və milli iqtisadiyyatda elmin payının artırılması istiqamətində mühüm işlər görüldüyünü bildirib. O, həmçinin YT Parkda innovasiya fəaliyyətinin səmərəli mexanizmlər əsasında aparılması üçün dünya təcrübəsinin tətbiq edildiyini, elmi-tədqiqat işlərinin istehsalata transferi, texnoloji, elmtutumlu milli məhsullar istehsalı və intellektual biznesin formalaşdırılması ilə bağlı mühüm işlər aparıldığını diqqətə çatdırıb.

Qeyd edib ki, Prezident İlham Əliyevin 2016-cı il 8 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı” yaradılıb. AMEA YT Parkın yaradılmasında məqsəd iqtisadiyyatın davamlı inkişafı, rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya, yüksək texnologiya sahələrinin genişləndirilməsidir. YT Parkın fəaliyyətinin təşkili və idarə olunması məqsədilə "AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

Yüksək Texnologiyalar Parkı daha əvvəl AMEA Təcrübə-Sənaye Zavodunun (TSZ) ərazisi hesab olunan 25.6 hektar əraziyə malikdir. YT Park innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir. Bu ərazidə xarici və daxili infrastrukturun yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlərin görülməsi texnoparkın əsas fəaliyyət istiqamətidir. YT Parkda təşkilati işlər başa çatdırılıb. Bu gün artıq YT Parkın uzunmüddətli layihələr üzrə 10 rezidenti fəaliyyət göstərir. Onların arasında müdafiə sənayesi sahəsində fəaliyyət göstərən “Elm və Texnologiyalar Parkı”, “Azeltech”, “Buta Armor”, “DN Technologies”, eləcə də mülki və hərbi akkumulyator batareyalarının istehsalı ilə məşğul olan “Azmonbat” kimi şirkətlər var. Hazırda “YT Park” MMC-də yalnız mühərrik, gəmi, tank, sənaye yağları istehsalı üzrə innovasiyalı 100-dən çox sayda məhsul istehsal edilir.

YT Parkın rezidentliyini almış hüquqi və fiziki şəxslərə güzəştlər tətbiq olunur

YT Parkın rezidentliyini almış hüquqi və fiziki şəxslərə bir sıra güzəştlərin tətbiq olundugunu deyən alim bildirib ki, rezidentin texnopark ərazisində icra etdiyi layihələr çərçivəsində idxal etdiyi texnika, texnoloji avadanlıq və qurğu gömrük rüsumlarından və idxalda ƏDV-dən 7 il müddətinə azaddır. YT Parkda təqdim edilən güzəşt və imtiyazlar şərait yaradır ki, istehsal ediləcək məhsulun maya dəyəri texnoparkdan kənarda istehsal olunan məhsulun maya dəyərindən 2 dəfəyə qədər aşağı olsun. Eyni zamanda, məhsul istehsalında yerli xammaldan istifadə olunması vacib məsələdir. İngiltərənin qabaqcıl texnologiyası ölkəmizə transfer edilərək YT Park ərazisində "Millers-Oils Azərbaycan" MMC zavodu yaradılıb. Bu zavodun istehsal etdiyi məhsullar “Made in Azerbaycan” brendi ilə ixracyönümlü bir məhsul səviyyəsinə çatdırılıb.

“Bizim qurumlarda bir vərdiş formalaşıb. Onlar idxal edilən, xarici məhsullara daha çox meyillidirlər. Bu da nəticədə respublikadan valyuta axınına səbəb olur, idxaldan asılılığa gətirib çıxarır. Eyni zamanda, valyuta sərhədlərinin azalmasına səbəb olur, Azərbaycanda yerli istehsalın təşkilinə, yerli əhali üçün iş yerlərinin açılmasına maneçilik törədir. Bu səbəbdən də Azərbaycan alimləri bütün qüvvələrini səfərbər edərək idxalı əvəz edən – idxal edilən məhsuldan, yəni analoqundan hətta üstün olan məhsulların istehsalına nail olublar. Onlar texnika və avtomobillərdə və ya mühərriklərdə yüzdən çox çeşiddə məhsulların həm əmtəə görünüşü, həm onun müxtəlif çeşiddə müasir qablaşdırılmasına, texniki göstəricilərinə və uzunmüddətli istismarına görə öz keyfiyyət parametrlərini dəyişməyən məhsullar istehsal edilməsinə nail olublar. Çünki insanlarda bir istehlak yaddaşı formalaşıb. Onlar illərlə öyrəniblər ki, məhsulları xaricdən alsınlar. Alimlərimiz sübut etdi ki, məhsullarımız bütün parametrlərinə görə üstünlük kəsb edir”, - deyə Nazim Şükürov bildirib.

Gənclər üçün yaradılan imkanlar onların startaplara marağını artırır

AMEA-da aparılan elmi-tədqiqat işlərindən danışan Nazim Şükürov qeyd edib ki, YT Parkın təşəbbüskar düşüncəyə malik gənclər üçün yaratdığı imkanlar onların startaplara marağını artırır. Gənclərin məşğulluğunun artırılması, sahibkarlıq ideyalarının təşkili və gənclərin sahibkarlıqla məşğul olmağa cəlb olunması məqsədilə YT Parkda Biznes İnkubasiya Mərkəzi fəaliyyət göstərir. Mərkəzə innovativ düşüncəyə malik, müxtəlif layihələri olan gənclərdən ibarət komandalar cəlb edilirlər. Burada gələcək sahibkarlara öz ideyalarını daha effektiv reallaşdırmaları üçün lazımi şərait yaradılır. Gənclər bizneslərini qurmaq üçün inkubasiya və akselerasiya proqramlarından faydalanırlar. Uğurlu layihələr YT Parkın tərkibində fəaliyyət göstərən Texnologiya Transferi Ofisinin dəstəyi ilə real bazara yönləndirilir. Bununla da, respublika üzrə innovativ düşüncənin biznesə çevrilməsi prosesi həyata keçirilir. Yüksək Texnologiyalar Parkı yalnız ölkə daxilində deyil, hüdudlarımızdan kənarda ayrı-ayrı sahələr üzrə fəaliyyət göstərən alimlərimizlə də əməkdaşlıq edir.

“Mikrobiologiya İnstitutunun alimlərinin ixtirası nəticəsində göbələk mənşəli bioloji aktiv maddə yaradılıb. Onu heyvanların yeminə əlavə etməklə 15-20 faiz məhsuldarlığın artmasına nail olmaq olur. Bu, böyük göstəricidir və orqanik bioloji aktiv ekoloji maddədir. İnsan orqanizminə zərərli deyil, əksinə xeyirlidir. Digər tərəfdən bizim böyük əkin sahələrimiz var. Statistikaya görə, 3 milyon hektardan çox torpaq sahəmiz deqradasiya olunub, əkinə yararsız hala gəlib. Bu torpaqların yenidən bərpa olunaraq münbit torpaq vəziyyətinə çatdırılması istiqamətində alimlərimizin ixtiraları, faydalı modelləri mövcuddur. Hazırda həmin layihələr tətbiq olunur”, - deyə Nazim Şükürov bildirib.

Nazim Şükürov qeyd edib ki, Nazirlər Kabinetinin qərarına əsasən, YT Parkın rezidentlərinin istehsal etdiyi məhsullar haqqında məlumatlar “EnterpriseAzerbaijan.com” portalında yerləşdirilib. Burada məhsulların adı, il ərzində onların istehsal həcmi, texniki xarakteristikası, göstəriciləri barədə məlumatlar əks olunub. Dövlət qurumları, dövlət mülkiyyətində olan müəssisələr portaldan onlara lazım olan məhsullar haqqında bütün bilgiləri əldə edərək sifarişlər verə bilər. İşçi qüvvəsi, xammal - bütün resurslar cəlb edilərək il ərzində bu məhsullar istehsal olunacaq.

YT Parkın direktoru deyib: “Alimlərə hərtərəfli kömək göstərməyə hazırıq. Biznes yaradıcılığı asan iş deyil. Onun quruculuq, yaradıcılıq dövrü, ideyada olan mərhələləri var. Bu, bir innovativ prosesdir. Biz bu sahədə hətta onlara dövlət dəstəyi verməyə hazırıq. Bununla bağlı strukturumuzda dəyişiklik edilib. Çox optimal, çevik bir struktur yaradılıb. Patentləşmə, sertifikatlaşma, marketinq və biznes və inkubasiya şöbəmiz də mövcuddur. Çalışacağıq ki, YT Park yalnız Azərbaycan alimləri üçün deyil, bütün respublikanın işgüzar aləmi üçün bir platforma olsun və innovativ, elmtutumlu yüksək texnologiyalı, idxalı əvəz edən, ixracyönümlü bütün layihələr bizim platforma üzərindən həyata keçirilsin”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır