İDMAN
Ciu-citsu üzrə Bakı şəhər çempionatı keçirilib
Bakı, 20 iyun, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksində ciu-citsu üzrə Bakı şəhər çempionatı keçirilib.
İdarədən AZƏRTAC-a bildiriblər ki, yarışda 150 idmançı iştirak edib. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışda Ağasəlim Balaoğlanov, Üzeyir Təhməzov, Yunus Şabanov, Ömər Ağayev, Abdulla Hüseynov, Rəsul Xankişiyev, Bağır Əliyev, Yusif Səfərov, Həsən Səfərəliyev, Murad Cəfərli, Nurlan Verdiyev, Ayxan Bədəlli, Əli İmran Hüseynov, Tahir Bünyadov, Emil Verdiyev, Xəqani Mürsəlov, İbrahim Xankişiyev, Həmzə Haqverdiyev, Murad Hüseynov, İlyas Babayev, Fəxrəddin Hüseynov, Rüstəm Fətullayev, Zaur Aşumov, Həsən Abdullayev bütün rəqiblərinə qalib gələrək yarışın qalibi olublar.
Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif ediliblər.