Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Türkiyənin böyük mübarizəsi: Yaxın Şərqi risklər və təhlükələrdən xilas etmək xətti

Türkiyənin böyük mübarizəsi: Yaxın Şərqi risklər və təhlükələrdən xilas etmək xətti

Ekspertlər Yaxın Şərqdə daha ciddi geosiyasi mübarizənin başladığı qənaətindədirlər. Xüsusilə Türkiyə ətrafında təhlükəli ssenarilər qurulur. Onu bir neçə istiqamətdən mühasirəyə alıb, sonra xaosa sürükləmək məqsədlərindən bəhs edilir. Hətta müxtəlif qondarma xəritələr belə tərtib edənlər vardır. Onların başlıca məqsədləri müsəlman ölkələrini kiçik hissələrə parçalamaqla bütövlükdə regiona ağalıq etməkdir. Ancaq, deyəsən, həmin dairələrin bir qismi bunun yanlış olduğunu anlamağa başlayıb. Müxtəlif səviyyələrdən eşidilir ki, "Yaxın Şərqə müdaxilə kökündən yanlış idi". Lakin o da maraqlıdır ki, hələlik geri çəkilən yoxdur. Mübarizə yeni üsullarla davam etdirilir. Daha çox siyasi-diplomatik fəaliyyət üzərində dayanılır. Onun fonunda geosiyasi xarakterli addımlar atılır. Böyük bir ərazidə terror dəhlizi yaratmaq planından da vaz keçilmir. Bütün bunların kontekstində Türkiyənin apardığı geosiyasi mübarizənin bir sıra aspektləri üzərində geniş dayanmağa ehtiyac vardır.

Təhlükəli ssenarilər: Ərdoğanın açıqlamaları işığında

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdə böyük güclərin apardığı geosiyasi oyunların bir sıra məqamlarını açıqlayıb. Onun söylədiklərində bütövlükdə bölgədə vəziyyətin kifayət qədər mürəkkəb və risklərlə dolu olduğu tezisi öz ifadəsini tapıb. Başlıca təhlükələr olaraq Suriya ixtilafı, terrorçuluq, birtərəfli sanksiyalar, Qüdsün statusunun dəyişilməsinə olan cəhdlər göstərilib.

Bu problemlərin çərçivəsində ayrıca Türkiyə faktorunun müəyyən dairələri narahat etdiyini vurğulayan R.T.Ərdoğan, həmin istiqamətdə meydana çıxan məqamların qısa xülasəsini verib. Məlum olur ki, Yaxın Şərqdə geosiyasi oyunların mərkəzinə Türkiyə gətirilməyə çalışılır. Faktiki olaraq, onu bir neçə istiqamətdən mühasirəyə almağa çalışırlar. Bunu İraq, Suriya, Yunanıstan, Balkanlar istiqamətində həmin dairələrin atdıqları addımlar sübut edir. Bundan başqa, onlar açıq surətdə hansısa yeni "xəritə"dən bəhs edirlər. Həmin "xəritə"də müsəlman dövlətləri 3-5 yerə parçalanmış şəkildə göstərilir. Eyni zamanda, parçalanma dayanıqsız, asılı və məzhəb faktoruna görə bir-biri ilə düşmən olan kiçik ərazilərdən ibarət olmalıdır.

Maraqlıdır ki, bu cür vəziyyətin yaranmasında bəzi Yaxın Şərq ölkələrinin də iştirak etməyə çalışdığı haqqında informasiyalar yayılır. Bununla İslam ölkələrini bir-biri ilə qarşıdurmada olan düşərgələrə bölmək niyyəti aydın olur. Bunun kimlərə sərf etdiyi hamıya bəllidir.

Lakin məsələ hazırda elə ciddi səviyyədə özünü göstərir ki, konkret fəaliyyət olmasa, ilk baxışdan absurd təsiri bağışlayan qondarma xəritələr reallaşa bilər. Bu tezisdən çıxış edərək, Ankara bəyan edib ki, hansı planların hazırlandığından xəbərdardır və onu hazırlayanlara "meydan oxuyur". Bu mövqenin ciddiyyətini daha dərindən dərk etmək üçün son bir neçə ildə Türkiyə ilə bağlı atılan addımlara nəzər salaq.

Əvvəlcə Suriya məsələsində Türkiyəni kənarda saxlamağa çalışdılar. Ancaq Ankaranın Suriyanın daxilində malik olduğu dayaqlar hamının ağlını başına gətirdi. İkinci mərhələdə Türkiyə əsas tərəfdaşlardan biri kimi Suriya problemini həll etməyə dəvət edildi. Lakin paralel olaraq Türkiyəni çətinliyə salmaq planı da işə başladı. Bunun nəticəsi Türkiyənin "Fərat qalxanı" və "Zeytun budağı" adlı iki uğurlu hərbi əməliyyat keçirməsi oldu. Bu hərbi əməliyyatlar kifayət qədər peşəkarlıqla həyata keçirildi və düşmən darmadağın edildi. Onların nəticəsində Türkiyə İraqdan Aralıq dənizinə qədər uzanmalı olan terror dəhlizini iki yerdən qırdı. Bir sıra dairələrin terror qruplaşmalarını İraqdan çıxarıb Aralıq dənizinə daşımaq planları fiaskoya uğradı.

Bundan sonra Qəndildəkiləri fəallaşdırmağa çalışdılar. Bu dəfə hədəfləri İran sərhədindən Aralıq dənizinə qədər uzanan terror dəhlizi yaratmaq oldu. Türkiyə buna cavab olaraq "Pəncə" hərəkatını başladı. İndi həmin hərbi əməliyyatlar böyük uğurla gedir və terrorçular qaçmaqla canlarını qurtarmağa çalışırlar. Bununla Türkiyə həm İraq, həm də İranın təhlükəsizliyi üçün önəm kəsb edən bir hərbi zərbə ilə növbəti planları alt-üst etmiş olur. Hazırda terror dəhlizinin Aralıq dənizi ilə bərabər İran sərhədi hissəsi də bağlanmış haldadır. Qəndildə terrora başçılıq edənlər sağ qalmaq üçün əllərindən gələni edirlər.

Bunların fonunda Ankaranın terrorçuların Qara dəniz qrupunu tamamilə məhv etməsi çox əhəmiyyətli hadisə oldu. Bu olay, faktiki olaraq, terrorun Türkiyəyə yayıla bilməsi potensialını sıfıra endirdi. Üstəlik, adları xüsusi siyahıda olan və başlarına mükafat qoyulan terrorçular bir-bir ələ keçirilir. Bu o deməkdir ki, Türkiyə xüsusi xidmət orqanları xaricdə hazırlanan planları alt-üst etməkdədirlər.

Ancaq indi də ortaya yeni oyun atılır. Onun iki qanadı mövcuddur. Birinci qanad Aralıq dənizində Kıbrıs (Kipr) yaxınlığında Türkiyə üçün problem yaratmaq, konkret olaraq, Türkiyəni oradan təcrid edib, mühasirəyə almaq cəhdidir. Bunun üçün hətta aralarında müsəlman dövlətlərinin də olduğu beynəlxalq koalisiya yaradılıb. Həmin koalisiya Türkiyədən tələb edir ki, Kıbrıs adaları yaxınlığında enerji axtarışları aparmasın. Özləri isə orada axtarış aparıb, enerji daşıyıcıları hasil etməyə çalışırlar.

Ankara buna cavab olaraq, bölgəyə iki neft və qaz kəşfiyyat-axtarış gəmisi göndərib və iş aparır. Əks tərəf ABŞ və Avropa İttifaqını da prosesə cəlb etməyə başlayıb. Amerika və Avropa İttifaqı, faktiki olaraq, Türkiyəyə bölgədən çəkilmək ultimatumunu veriblər. Ankaranın cavabı konkretdir: "Bu tələblərin onun üçün heç bir əhəmiyyəti yoxdur"! Yəni sözü olan meydana çıxsın. Buna isə risk edən hələ tapılmır.

Mühasirə dağılır: Ankaranın cəsarətli addımları

Bununla Türkiyəni dənizdən təcrid etməyə göstərilən cəhdlər də hələlik boşa çıxır. Onların tam aradan qalxdığını demək olmaz. Ancaq aydın görünür ki, Türkiyə çox qətiyyətlidir və ona mane olmaq istəyənlərə sarsıdıcı zərbələr endirmək niyyətindədir. Bu cür vəziyyət proseslərin ikinci qanadı üzrə Suriyanın şimal hissəsində hazırda cərəyan edən hadisələr prizmasından da xeyli təhlükəli görünür. Konkret olaraq, İdlib bölgəsində hərbi təxribatlar törədildi. O cümlədən Türkiyə Silahlı Qüvvələrinin İdlibdə yerləşən hərbi birləşmələrinin müşahidə məntəqəsi raket atəşinə tutuldu. Ankaranın reaksiyası sərt oldu: əgər hücumlar davam etsə, ciddi qarşılıq veriləcək.

Paralel olaraq, İdlibdə yerləşmiş dinc əhalini bombalamağa başladılar. Bəşər Əsədə bağlı hərbi qruplar müxalifətin yerləşdiyi bir neçə məntəqəni kənar dəstəklə ələ keçirdi. Ancaq sonradan müxalif güclər şiddətli hücumla rejim qüvvələrinə ağır zərbələr vurub onları geri çəkilməyə məcbur etdilər.

Lakin təcrübə göstərir ki, iş bununla bitməyib. İndi Yaxın Şərqin iki müsəlman ölkəsi Suriyanın PYD/YPG-nin nəzarətində olan hissəsinə nümayəndələr göndərərək, əşirət rəhbərlərini Türkiyə ilə münasibət qurmamağa çağırırlar. Bununla onlar Yaxın Şərqin yad ssenarilər üzrə parçalanması planına xidmət etdiklərini göstərirlər. Lakin yerli ərəblər Türkiyəyə çox isti münasibətdədir və Ankaranı onları xilas etməyə səsləyirlər.

Beləliklə, hazırda Türkiyə üçün ən önəmli məsələ Qəndil-Sincar-Kərkük-Münbic-Tel Rifat-Kobani xəttində terror dəhlizini dağıdıb, sabitlik yaratmaqdan ibarətdir. Buna nail olunsa, onda İran sərhədindən tutmuş Aralıq dənizinə qədər geniş bir ərazidə terror zonası yaratmaq istəyənlərin bütün planları iflasa uğramış olar. Onlar üçün bu dəhlizin strateji əhəmiyyəti çox böyükdür. Çünki faktiki şəkildə uzaq Çin və Rusiyaya qədər geniş bir ərazidə terroru sürətli, səmərəli və təhlükəsiz yolla "bəsləmək" imkanı əldə edirlər. Türkiyə terror dəhlizini dağıtmaqla əslində Avrasiyanı terrordan xilas etmiş olur. Yəni məsələ ancaq Türkiyə, İraq və İranla məhdudlaşmır.

Əlbəttə, düşmən dairələr yalnız terror metodundan istifadə etmirlər. Onlar daxildə hakimiyyətin qeyri-legitimliyinə nail olmaq üçün ona qarşı çirkin kampaniyalar təşkil edir, təxribatlar törədir, seçkilərə müdaxilə etməyə çalışırlar. Türkiyə dövlət olaraq bu cəbhədə də böyük mübarizə aparır. Hələlik düşmənlərin bütün planları alt-üst olur. İstanbul bələdiyyəsinə seçkilərin sakit, demokratik və şəffaf keçməsi bu baxımdan olduqca vacibdir. Bu seçki türk demokratiyasının təntənəsinə çevriləcək!

Bütün bunlar açıq göstərir ki, Türkiyə tarixi və strateji bir mübarizə aparır. Türkiyənin qələbəsi haqqın, ədalətin, demokratiyanın, müstəqil dövlətçiliyin qələbəsi olacaq. Onun müsbət təsiri qonşu regionlara, o cümlədən Qafqaza da yayılacaq. Burada mövcud olan münaqişələrin ədalətli həlli üçün əlavə şanslar meydana gələcək. Və Rusiya ilə birgə həmin münaqişələri həll etmək üçün tarixi bir fürsət yaranacaq. Sirr deyil ki, erməni terroru hələ də bütün Cənubi Qafqaz üçün bir təhdid mənbəyi olaraq qalır. Onun aradan qaldırılması bütün regiona sülh, barış və əməkdaşlıq gətirəcək. Bundan faydalananlar sırasında erməni xalqı da ola bilər.

Türkiyənin apardığı böyük geosiyasi mübarizənin necə nəticələnəcəyini indidən demək çətindir. Çünki müasir geosiyasi dinamika olduqca mürəkkəb şərtlər daxilində formalaşır. Onun qeyri-müəyyənliyi, riskliliyi istisna deyil. Lakin bu, bir şərəf yoludur. Onu getmək zəruridir.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib

Daha beş qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

® “Kapital Bank” 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib

Yaşar Gülər: Türkiyə dünyada təhlükəsizlik, sülh və sabitliyə ciddi töhfə verir

ACE platformasından neft hasilatına başlanılıb

Azərbaycan klubları Superkubok oyununun bərpa olunmasını istəyir - ARAŞDIRMA

Azərbaycan “ACWA Power” şirkəti ilə quruda və dənizdə külək enerjisi layihələrini müzakirə edib