ELM VƏ TƏHSİL
Dövlət qulluqçusu olmaq istəyənlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər
Bakı, 24 iyun, AZƏRTAC
İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə iyunun 30-da test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=79 linkinə daxil olmaq lazımdır.
Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.