DÜNYA
Gürcüstanın Baş prokurorluğu deputatın həbsinə qərar verib
Tbilisi, 25 iyun, AZƏRTAC
Gürcüstanın Baş prokurorluğu parlamentin müxalifdə olan Vahid Milli Birlik Partiyasının deputatı Nika Melianın həbsi ilə bağlı qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, deputat iyunun 20-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı baş verən iğtişaşların əsas təşkilatçılarından biri olmaqda şübhəli bilinir.
Baş prokurorluq Nika Melianın həbsinə icazə verilməsi ilə bağlı artıq parlamentə müraciət edib.
Məlumat üçün qeyd edək ki, Tbilisidə iyunun 20-si və 21-də etiraz aksiyası zamanı polislə vətəndaşlar arasında ciddi qarşıdurma yaranmışdı. İğtişaşlar zamanı 250-yə yaxın insan yaralanıb, 305 nəfər saxlanılıb.
Baş verən hadisədə səlahiyyət həddini aşdığına görə, 10 polis əməkdaşı işdən qovulub, iki polis əməkdaşı barəsində cinayət işi açılıb.
Artıq saxlanılan etirazçıların 55-i azadlığa buraxılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]